“Müsəlaman olduğumuz üçün bizi öldürürlər” – Rohincalılar dünyaya səsləndi

Oxundu: 1412
“Müsəlaman olduğumuz üçün bizi öldürürlər” – Rohincalılar dünyaya səsləndi

Rohinca müsəlmanları dünyadan yardım istədi.

 

İslaminSesi bildirir ki, bu barədə ictimai fəallar Tvitterdə paylaşım edib.

 

Xatırladaq ki, Rohinca Myanma dövlətinin müsəlmanlar yaşayan bir bölgəsidir.

 

2017-ci ildən Myanma ordusu müsəlman əhaliyə qarşı soyqrıma başlayıb. Bu illər ərzində vəhşicəsinə törədilmiş hücumlar nəticəsində 9 minədək rohincalı öldürülüb, 700 mindən çoxu doğma torpaqlarını tərk edərək qonşuluqdakı Banqladeşə qaçmağa məcbur olub. 

 

“Dhaka Tribune”nin məlumatına görə bu gün banqladş sahillərində rohincalıları daşıyan gəmi batıb. 15 nəfərin öldüyü, 50 nəfərin itkin düşdüyü bildirilir.

 

Banqladeş rəsmilərinin və digər Beynəlxalq təşkilatların Myanma rəsmiləri ilə danışıqlarına baxmayaraq ölkə rəsmiləri hələ də Rohinca xalqına qarşı sərt siyasətini davam etdirir.

 

Rohincalıların sözlərinə görə buddist terrorçular onları müsəlman və zəif olduqları üçün öldürürlər:

“Müsəlam və zəif olduğumuz üçün bizi öldürürlər... Bizə yardım edin...”

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system