Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb - YENİLƏNİB

Oxundu: 134
Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb - YENİLƏNİB

Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.

 

"Report"un xəbərinə görə, bu barədə "facebook"da partiya sədri özü məlumat verib.

 

*********************************************************
 


Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.

 

 

İslaminSesi Modern.az - a istinadən  xəbər verir ki, bu barədə partiya üzvləri sosial şəbəkədə məlumat yayıblar. Müsavatdan bildirilib ki, A.Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb.

 

Məlumata görə, Arif Hacılı ilə bərabər Qəzənfər Baxışov, Mərdan Mehdili, Mustafa Hacıbəyli, Valeh Hümmətoğlu, Qədim Soltanlı, Ramiz Xəlil, Zakir Məmmədzadə, İsa Alıyev həbs olunublar.

 

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı müraciətinə cavab verərək, piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib. Daha sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system