NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Mursinin SON SÖZLƏRİ

Oxundu: 644
Mursinin SON SÖZLƏRİ

Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında ürək tutmasından dünyasını dəyişib.

İslaminSesi-nin Haberler.com-a istinadən verdiyi xəbərə görə, Mursinin vəkili Əbdulmumin Əbdulməqsud siyasətçinin son sözləri haqda danışıb.

Onun bildirdiyinə əsasən, Mursi bu sözləri deyib:

 

"Mən qapalı məhkəmə iclasının keçirilməsi haqda xahiş etmişdim, lakin məhkəmə mənim müraciətimə rədd cavabı verdi. Bu, məhkəmənin qərarıdır, Lakin elə sirlər var ki, ölkəmin təhlükəsizliyi, əmin-amanlığı və müstəqilliyi naminə mənimlə qəbirə gedəcək".

 

"Bu günə qədər məhkəmədə baş verənləri anlamıram. Mən vəkili görmürəm. Mətbuat nümayəndələrini görmürəm. Məhkəmə görmürəm. Məhkəmənin təyin etdiyi vəkil, həmçinin, məni müdafiə etmək üçün lazımi informasiyaya malik deyil".

 

Vəkilin bildirdiyinə əsasən, Mursi etiraf edib ki, ona qarşı göstərilən təzyiqə baxmayaraq, o öz ölkəsinə sadiqdir.

 

Qeyd edək ki, Məhəmməd Mursi 17 iyun 2019-cu il tarixində məhkəmə iclası zamanı ürək tutmasından dünyasını dəyişib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system