Muqtəda Əs-Sədr: "ABŞ əleyhinə yürüş, İraqın müstəqilliyinin göstəricisidir"

Oxundu: 91
Muqtəda Əs-Sədr:

Xəbər verildiyi kimi, bu gün İraqın paytaxtı Bağdad şəhərində ABŞ və xarici hərbi qüvvələrin ölkə ərazisindən çıxarılması tələbilə "Milyonların yürüşü" adlı aksiya keçirilib. İraqın müxtəlif siyasi təşkilatlarının birlikdə əcnəbi qüvvələrə öz etirazını bildirməsi üçün təşkil edilən aksiyaya ölkənin müxtəlif vilayətlərindən insanlar toplaşıb.

İslaminSesi xəbər verir ki, keçirilən nümayişlə bağlı bəyanat yayan "Sədr" hərəkatının lideri Müqtəda Sədr işğalçılarla bağlanılan bütün təhlükəsizlik müavilələrinin ləğv edilməli olduğunu bildirib.

 

"Bağdad ABŞ ilə bütün təhlükəsizlik müqavilələrini ləğv etməli və hərbi əməliyyatları ilə əlaqədar hava məkanını bağlamalıdır. Tramp, İraqla bağlı qərarlarında və yanaşmalarında yuxarıdan aşağı, təkəbbürlü və özünü haqlı sayan bir mövqedən çıxış etməməlidir, əks təqdirdə qisas alacağıq. Qoşunlarını İraqdan çıxarmazsa, qonşu ölkələrin heç biri işğalçılarla necə münasibət qurduğumuza müdaxilə etməməlidir" - Müqtəda Sədr deyib.


O, həmçinin qeyd edib ki, əgər bu sadalananlar icra olunsa, biz Amerika ilə işğalçı kimi davranmayacağıq. Əks halda İraq hökumətinin düşməni sayılacaqdır, çünki göstərilən şərtlərə qarşı çıxmışdır./eastnews.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system