NAMAZ VAXTLARI:
  • FƏCR 05:28
  • GÜN 06:48
  • ZÖHR 12:49
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Münaqişənin həllini yenidən uzatmaq cəhdi, yoxsa..?

Oxundu: 247
Münaqişənin həllini yenidən uzatmaq cəhdi, yoxsa..?

Fikrət Sadıxov: “Xarici analitiklər Ermənistanın yeni rəhbərinin Qarabağ problemi ilə bağlı düşüncələrinin dəyişə biləcəyinə ümid edirlər”

 

Beynəlxalq ekspertlər, xüsusilə ABŞ və Rusiyanın tanınmış siyasi təhlilçiləri, o cümlədən, Pavlovski, Qobl, Brayza, Oleq Kuznetsov və digər analitiklər 2019-cu ildə bir sıra problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslərin başlana biləcəyini proqnozlaşdırırlar. Rusiyalı politoloq Vitali Arkov isə bir qədər də irəli gedərək 2019-cu ildə işğal edilmiş rayonların mərhələli şəkildə Bakının nəzarətinə verilməsini nəzərdə tutan sülh planının (Lavrov planı) praktiki olaraq həyata keçirilməsinin başlanması üçün bütün şərtlərin olduğuna əminlik ifadə edib. ABŞ-ın “Eurasia Gruop” analitik mərkəzi öz nöbvəsində, dünyada son onilliklər ərzində ən təhlükəli vəziyyətin yetişdiyini qeyd edərək bəzi münaqişələrin həlli istiqamətində real addımların atılacağını istisna etməyib. Həmçinin, MDB İnstitutunun “Avrasiya strategiyaları” agentliyi də dünyanın ümumilikdə qarşıdurmalar yaşadığına diqqət çəkərək, bu il münaqişələrin həllində və toqquşmaların azalmasında mühüm il ola biləcəyindən, Dağlıq Qarabağda, Suriyada, Ukraynada, Yəməndə və İranda sakitliyin hökm sürəcəyindən və həll prosesinin tapıla biləcəyindən bəhs edib.

 

Maraqlıdır, belə bir şəraiti yetişdirən amillər varmı?

 

"İslamınsəsi"nin sualına aydınlıq gətirən politoloq Fikrət Sadıxov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilk növbədə Azərbaycan torpaqlarının azad edilməsindən başlamalıdır: “Artıq son zamanlar  aparıcı dövlətlərin bu münaqişəyə münasibətləri tam dəyişməsə də, onların problemə yanaşmalarında müəyyən canlanma hiss olunur. Xarici ekspertlərin bu il üçün nikbin proqnozlarına səbəb isə, mənim düşüncəmə görə, münaqişənin tərəfləri arasındakı ritorikada gərginliyin azalmasının müşahidə edilməsidir. Onlara görə bu faktor real sülh prosesinin canlanmasını mümkün edir. Qərb siyasətçiləri Ermənistanın yeni hökumətinin münaqişənin həlli ilə bağlı düşüncələrini yeniləyə biləcəyinə ümid edirlər. Belə ki, tərəflər arasında təmasların artması və digər amillər 2019-cu ildə vəziyyətin indiki durğunluqdan çıxarılması üçün müəyyən əsasların olduğunu şərtləndirir. Azərbaycan tərəfi Ermənistandakı yeni hökumətə öz mövqeyini qəti müəyyənləşdirənədək Qarabağda hər hansı hücum əməliyyatına başlamayacağını hiss etdirib. Prezident İlham Əliyevin dediyi "Azərbaycan 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edir" fikri və  xarici işlər naziri Elmar Məmmədyarovun "yaxın vaxtlarda qarşılıqlı anlaşma əldə etmək üçün imkanların ortaya çıxmasını" bildirməsi isə tərəflərin yaxın dövrlərdə kəskin hərbi səciyyəli addımlar atmaq niyyətində olmadıqlarını göstərir. Odur ki, yaxın gələcəkdə sülh danışıqlarında müəyyən irəliləyiş gözləmək olar”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system