İSLAM

Oxundu: 221
"

Müharibə qazisi ilə İnqilab Rəhbəri Ayətullah Xamenei arasında maraqlı dialoq

İran İslam İnqilabının ali lideri, Ayətullah Seyyid Əli Xamenei tez-tez müharibə qazilərinə və şəhid ailələrinə baş çəkərək onların problemləri və qayğıları ilə yaxından maraqlanır. Hətta bəzi hallarda şəhid ailələrini əziyyətə salmamaq üçün əvvəlcədən xəbər etmədən belə onların ziyarətinə gedir

“İslamiSesi.info”nun sizlərə təqdim edəcəyi videoda Ayətullah Xameneinin müharibə qazilərindən birinin görüşünə gedərkən onunla apardığı maraqlı dialoqdan bəhs edir. Müharibə qazisi ümumi durumdan narahat olduğunu və inqilabın gələcəyinə dair təşviş keçirdiyini, bəzi hallarda Ayətullah Xameneinin sözlərinin görməməzilikdən gəlindiyini söyləyir.


Ayətullah Xamenei isə baş verənlərin hamısının təbii bir şey olduğunu və bu cür maneələrin yaşanmasının əslində onların düz yolda irəliləməsindən xəbər verdiyini söyləyir. Eyni zamanda inqilab rəhbəri onu da qeyd edir ki, bu cür xəyanətlər və əks həmlələr olmasa idi, onda narahat olmaq lazım idi. Bütün bunlara rəğmən İslam İnqilabının günü-gündən irəlilədiyini və bütün cəbhələrdə qalib gəldiyini söyləyən Ayətullah Xamenei, dəyərli müharibə qazisindən tam arxayın formada aram və sakit olmasını istəyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system