Müəllimlərdən pul yığan direktor işdən çıxarıldı - VİDEO

Oxundu: 111
Müəllimlərdən pul yığan direktor işdən çıxarıldı - VİDEO

Təhsil Nazirliyi Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanın müəllimlərdən pul yığması ilə bağlı iddianı araşdırıb.

İslaminSesi xəbər verir ki, nazir müavini Məhəbbət Vəliyeva və nazirlik nümayəndələri bu gün  həmin məktəbdə olublar. Məlum olub ki, təhsil müəssisəsinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğu üçün yeni binanın tikintisi zamanı tədris prosesinin başqa binada keçirilməsinə icazə verilib. Binanın daşınma və icarə haqları dövlət tərəfindən ödənsə də, məktəbin direktoru Bəsti Hüseynova icarə haqqı adı ilə müəllimlərdən vəsait toplanması üçün göstəriş verib. 

 

Hazırda araşdırma aparılır və bu müddət ərzində nazir Ceyhun Bayramovun əmri ilə direktor tutduğu vəzifədən uzaqlaşdırılıb. /Modern.az/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system