NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Müdafiə Nazirliyi Paşinyana: "Azərbaycan ordusu heç bir itki verməyib"

Oxundu: 100
Müdafiə Nazirliyi Paşinyana:

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən üç Azərbaycan əsgərinin öldürülməsi barədə dediklərinə münasibət bildirib.

 
İslaminSesi bildirir ki, nazirlikdən Moderator.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xaosun hökm sürdüyü Ermənistanda, həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq, ona yalan məlumat verib. 
 
“Ermənistanın baş naziri isə yalan məlumatlardan belə yararlanaraq, onları böyük həvəslə öz xalqına çatdırmaqla ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır”, - deyə məlumatda qeyd olunur.
 
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system