Müctəhidlər İranda əhalini seçkilərdə fəal olmağa çağırdı

Oxundu: 103
Müctəhidlər İranda əhalini seçkilərdə fəal olmağa çağırdı

İslam alimləri əhalini İranda keçiriləcək növbəti seçkilərdə fal iştirak etməyə çağırdı.

 

İslaminSesi irinnews-a xəbər verir ki, İranda yaşayan mərcəi təqlidlərdən Ayətullah Nasir Məkarim Şirazi, Ayətullah Nuri Həmədani, Ayətullah Cəfər Sübhai və Ayətullah Ələvi Qorqani əhalini seçkilərin növbəti mərhələsində fəal iştirak etməyə çağırıb.

 

Amerikanın İrana qarşı təzyiqlərinin artığına diqqət çəkən Ayətullah Nasir Məkarim Şirazi, əhalinin birliyinin və seçki fəallığının ABŞ-ı olduqca məyus edəcəyini bildirib.

 

İslam İnqilabını düşmənlərinin hər fürsətdə pusqu qurduqlarını deyən Ayətullah Nuri Həmədani, insanların imanlı, inqilabçı ruhiyyəli, xalqa xidmət göstərmək niyyətində olan şəxslərin seçilməsində fəallığının əhəmiyyətinı diqqətə çatdırıb.

 

Xatırladaq ki, dünən İranın Şərqi Azərbaycan əyalətindən, xüsusən Təbrizdən gələn müxtəlif peşə sahibi olan minlərlə insanı qəbul edən İran İslam İnqilabı Ali rəhbəri Ayətullah Xamenei seçkiləri “ümumi cihad, ölkəni gücləndirən maya, düşmənlərinə əks-hücum” adlandırmışdı.

 

Qeyd edək ki, İranda parlament seçkilərinin ikinci mərhələsi mart ayında keçiriləcək.

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system