Mübariz Mənsimov barəsində cinayət işi açıldı

Oxundu: 1866
Mübariz Mənsimov barəsində cinayət işi açıldı

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı biznesmen, “Palmali Holding”in sahibi Mübariz Mənsimovun barəsində cinayət işi qaldırılıb. Onun Türkiyəni tərk etməsinə qadağa qoyulub. Mənsimov FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham olunur.

Bu barədə Mənsimovun özü Facebook səhifəsindən bildirib.

O, barəsində irəli sürülən ittihamları “yalan” adlandırır və bildirir ki, yüksək məhkəməyə müraciət edib. Hərçənd cinayət işinin və ittihamın təfərrüatları barədə məlumat verməyiib.M.Mənsimovun müraciətindən belə anlaşılır ki, ona qarşı ifadə verənlər arasında “Palmali” şirkətinin keçmiş əməkdaşları, o cümlədən Azərbaycan vətəndaşları da var.

Mənsimovun barəsində cinayət işinin qaldırılmasına onun müraciətinə əsasən bəzi Türkiyə KİV-ləri də yer veriblər.   /Cebhe.info/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system