NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Mübarək ramazan gecələrində 11 və 12-ci gecə üçün tösiyə olunmuş namazlar

Oxundu: 383
Mübarək ramazan gecələrində 11 və 12-ci gecə üçün tösiyə olunmuş namazlar

Bu ayın gecəsi də, gündüzü də fəzilətlidir. Hədis və mötəbər mənbələrdə bu ayın hər gecəsi üçün namaz tövsiyə edilmişdir.

 

İslaminSesi.info - Ramazan ayı orucluq ayıdır. Yəni Mütəal Allah hər bir kəsə (şərtlərə uyğun) bu ay boyu oruc tutmağı vacib buyurub.

 

Bu ay həm də Quran ayıdır. Bu ayın gecəsi də, gündüzü də fəzilətlidir. Hədis və mötəbər mənbələrdə bu ayın hər gecəsi üçün namaz tövsiyə edilib:

 

11-ci gecənin namazı:

İki rəkətli namazdır. Hər rəkətdə “Fatihə” surəsi və 20 dəfə “Kousər” surəsi oxunacaq.

 

12-ci gecənin namazı:

Səkkiz rəkətdir. Hər rəkətdə “Fatihə” surəsindən sonra 30 dəfə “Qədr” surəsi oxunmalıdır.

 

QEYD edək ki, bu kimi müstəhəb namazlar 2 rəkət-2 rəkət qılınır. Məsələn 8 rəkət deyildikdə 4 ədəd 2 rəkətli namaz nəzərdə tutulur.

 

Həmçinin xatırladaq ki, hicri təqvimi ilə yeni gün məğrib azanı ilə başlayır. Yəni 10-cu gün şam azanı verilməklə həmin gün bitir və 11-ci günün gecəsi başlayır. Gecə gündüzdən əvvəldə gəlir. Məğrib azanı verilməklə gün bitir və  yeni gün başlayır.

 

Yaşar Nuriyev

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system