NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Mübarək ayla vidalaşırıq – Hacı Emil Rahiloğlu suallarımızı cavablandırdı

Oxundu: 355
Mübarək ayla vidalaşırıq – Hacı Emil Rahiloğlu suallarımızı cavablandırdı

Bu ayın sevinc dolu əməllərindən biri də ayın sonunda Fitr bayramı gününün və fitrə ehsan etməyin sevincini yaşamaqdır.

 

“İslaminSesi” olaraq mübarək ramazan ayı müddətində ayın vacib və fəzilətli əməlləri barədə oxucularımıza məlumatlar vermişik. Şükürlər olsun Allaha ki, bu ayı yaşamağı, bu ayda oruc tutmağı bizə nəsib etdi. Atrıq ayın bitməsinə günlər, bəlkə də saatlar qalıb.

 

Bu ayın sevinc dolu əməllərindən biri də ayın sonunda Fitr bayramı gününün və fitrə ehsan etməyin sevincini yaşamaqdır.

 

Biz də ənənəmizə sadiq qalaraq, sizə bu mövzuda müsahibəmizi təqdim edirik. Müsahibimiz, tanınmış ruhani alim Hacı Emil Rahiloğludur. Hacı Emil mövzu ətrafında suallarımızı cavablandırıb. Əməkdaşımızın Hacı Emil Rahiloğlu ilə müsahibəsini sizə təqdim edirik:

 

 

- Hədislərdə, böyük şəxsiyyətlərin kəlamlarında  Ramazan ayı sizə üz tutub, yaxud sizdən ayrılır kimi ifadələrə rast gəlirik. Ay sizdən ayrılır ifadəsi nə deməkdir? Bu ifadə digər aylara niyə şamil edilmir?

 

 

 

- Ramazan, Allahın rəhmət ayıdır və insanlar üçün xüsusi nəzərdə tutulub. Mübarək Ramazanı digər aylardan fərqləndirən  odur ki, bu ayda Allahın rəhmət qapıları xüsusi olaraq açılır. Hədislərə əsasən, Allah Təalanın tövbə qapıları daim açıqdır. Bu ayda isə rəhmət qapıları daha geniş açılır desək, səhf etmərik. Ramazan ayı Allah öz bəndələri üçün, digər aylarda yaratmadığı şəraiti yaradır. Məsələn, digər aylarda yatmaq müstəhəb əməl sayılmır. Amma bu ayda yatmaq müstəhəb əməl hesab olunur. Yaxud digər aylarda oruc tutsaq belə, aldığımız nəfəsə savab verilmir. Amma bu ayda aldığımız nəfəsə belə, savab yazılır.

Digər aylarda Qədr Gecələri yoxdur.  Bu ayda Qurani Kərim nazil olub. Yəni, bir sözlə, bu ayın fəziləti, günahların bağışlanması imkanı, mənəvi inkişaf şəraiti digər aylara nisbətdə daha çoxdur.  Bu ayı Allah Təala bəşəriyyət üçün rəhmət olaraq göndərib. Artıq bu mübarək ay bizdən ayrılır. Amma biz gərək bu aydan ayrılmayaq.  Yəni ay bitdikdə, bəndələr üçün ayrılan bu İlahi ziyafət süfrəsi yığılır. Amma əsas məsələ bəndələrin bu süfrədən nə qədər istifadə etməsidir. Yəni biz gərək bu ayda əldə etdiklərimizi, digər aylarda xərcləməyək, əksinə mənəvi inkişafımızı artıraq.

 

- Böyük şəxsiyyətlər bu mübarək ayı sanki özlərinin yaxın bir dostu, sirdaşı bilmişlər. Ay bitib yeni bir aya keçdikdə belə, bu mübarək aydan dua ilə ayrılşımlar. Hətta İmam Səccad (ə)-ın dualar toplusu olan “Səhifeyi-səccadiyyə”-də Ramazan ayı ilə vidalaşma munacatı belə vardır. Elə isə bizim bu ayla vidalaşma tərzimiz necə olmalıdır?

 

 

 

 

-Ayla vidalaşma mənəvi anlamda deyilir. Çünki ay bizi eşitmir və görmür. Ona görə də bu vidalaşma nisbi xarakter daşıyır. Amma vida duasının sözlərinə nəzər yetirdikdə, elə ilk sözlərdə Allahın rəhmət ayı ilə İmam  Zeynəlabidin (ə) çağıraraq deyir ki, əgər  bu ayda, bu dəqiqələrə qədər özümüzü bağışlatmağı bacarmamışıqsa, səni and veririk öz Kərəminə ki, bizə son dəqiqələrdə fürsət imkanı ver. Bir nəfər bu ayın fəzilətini tam başa düşməyincə, bu sözlər ona sanki yad gələcək. Hədisdə də var ki, Ramazanın necə rəhmət ayı olduğunu bilsəniz, ilin 365 gününün Ramazan ayı olmasını arzu edərsiniz.  İmam (ə) ayla vidalaşmaqla, bir növ bu aya diqqət yönəltməyə çalışır ki, insanlar bu ay üçün yarım qalan işlərini bitirsinlər və son fürsəti qaçırmasınlar.

 

- Ramazan ayının əməlləri sanki fitrə zəkatı ilə möhürlənir. İnsan ailə üzvlərinə və qazancına uyğun olaraq fitrə ayırır, sanki bununla bir daha özünü yüngülləşdirir, bir ay yoxuslların halına şərik olmaqla, elə bil ayın sonunda öz ruzisini onlarla paylaşır. Bu barədə zəhmət olmasa...

 

- Bu ayın daha bir bərəkəti də ondan ibarətdir ki, Ramazanda Fitr bayramı qeyd olunur. Fitr bayramında artıq insanlar fitrə və zəkat çıxarırlar. Qeyd edək ki, fitrə bayramı, şəriətə əsasən,  hazırda müstəhəb əməl sayılır.  İnşallah  İmam Mehdi (ə.f) –un zühuru ilə vacib olacaq. Amma buna baxmayaraq, cəm halda qılınan müstəhəb namazdır və xüsusi qaydada qılınır. Yəni digər iki rəkətli namazlardan fərqlidir və bu fərq qunutlarda özünü göstərir. Ümumiyyətlə Ramazan ayı birlik və vəhdət ayıdır. Bu ayda iftar süfrələri verilir və insanlar bir yerdə olurlar. Bu özü bir gözəllikdir. Eyni zamanda Ramazan ayının bitməsi də cəm halında qılınan namazlarla müşayiət olunur. Cəm halda dualar oxunur. Bununla insanlar yaxınlaşır, bölüşür, sevinc və hörmətdən doğan ünsiyyət yaranır.

Namazın gün bir az qalxandan sonra qılınması müstəhəbdir.  Bu da təxminən saat 08:00- 09:00 radələrinə təsadüf edir. Yəqin ki, Bakıda da, məhz bu vaxt bayram namazı qılınacaq və fitrə-zəkatı veriləcək. Fəqir olmayan hər bir insan fitrə-zəkatı verməlidir. Fitrə-zəkat yoxsullara verilir və bayram axşamının şam azanından, bayram gününün zöhr azanına qədər çıxarılmalıdır. Əgər kimsə bu vaxta qədər fəqir adam tapıb fitrə-zəkatı ona verə bilmirsə, ən azından bu məbləği ayırıb bir kənara qoymalıdır ki, münasib vaxt vacib olan şəxslərə verə bilsin.

 

 

 

 

- Hacı, fitrə necə və hansı qaydada təyin edilməlidir?

 

-Fitrə bəzi qida məhsullarının qiyməti ilə ölçülür. Bu məhsullara arpa, buğda, kişmiş, xurma, düyü, qarğıdalı və bu kimi qidaları aid etmək olar. Şəriətin göstərişinə əsasən, hər bir kəs adı çəkilən bu məhsullardan hər birinin 3 kiloqramının dəyərində fitrə ayırmalıdır və yoxsullara, ehtiyaclı insanlara verməlidir. Hazırda Azərbaycan vətəndaşının yaşamını nəzərə alaraq, deyə bilərik ki, bizim üçün 3 kq arpa və ya buğdanın pulu, daha dəqiq desək, 1,5 manat civarında fitrənin ayrılması daha uyğundur.

Fitrə zəkatı bayram axşamında aqil, həddi-büluğa çatmış, azad, heç kimin çörək yeyəni olmayan, fəqir olmayan hər kəsə vacibdir. Yoxsul olan, özünün və ailəsinin illik xərclərini ödəyə bilməyən kəsə vacib deyil.

 

Yaşar Nuri

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system