NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Müaviyyənin öldürdüyü, İŞİD-in məzarını dağıtdığı sevimli peyğəmbər səhabəsi - Əmmar Yasir /VİDEO/

Oxundu: 1931
Müaviyyənin öldürdüyü, İŞİD-in məzarını dağıtdığı sevimli peyğəmbər səhabəsi - Əmmar Yasir /VİDEO/

Bu gün hicri tərvimi ilə səfər ayının 9-u ölümü haqq və batili ayırd edən izzətli peyğəmbər səhabəsi Əmmar Yasirin şəhadət günüdür.

Əmmar Yasir, Siffeyn döyüşündə şəhid olub.

 

İslaminSesi - İslam dini hər zaman öz fədailəri ilə qaimdir. Bu cür fədaiələr hər zaman olub və olacaq da. Bu cür aşiqlərdən biri də Əmmar Yasirdir.

 

O, əziz İslam peyğəmbərinin (s) yaxin səhabələrindən və ilk müsəlmanlardan olmuşdur. İlk müsəlmanların çəkdiyi əziyyətlər, qatlaşdığı çətinliklər hər kəsə məlumdur. Əmmar Yasir də bu əziyyəti ilk dadan şəsxlərdəndir. Hətta onun anası İslamin ilk şəhid qadınıdır. Atası da İslamin ilk şəhidlərindəndir.

 

Həzrət peyğəmbər (s) dünyadan köçdükdən sonra da Əmmar heç vaxt Əhli-beytdən ayrılmamış, daima imam Əlinin (ə) yanında olmuşdur. Hətta İslam peyğəmbərinin (s) vəfatından sonra heç bir xəlifəyə beyət etməmiş, yalnız imam Əlini (ə) xilafətə laiq bilənlərdə olmuşdur. O haqsızlıqlara qarşı etirazları ilə tanınır, daim kəskin və dəlilli nitqi ilə zalimin qarşısında mətanətlə dururdu. Hətta Əbuzərrin sürgün olunmasına etiraz etdiyi üçün üçüncü xəlifə tərəfindən möhkəm döyülür.

 

Hətta həzrət peyğəmbər (s) onu haqqla batilin ayırd edəni də adlandırmışdır. Peyğəmbərdən (s) nəql olunan məşhur hədisdə deyilir: “Əmmarı azğın dəstə öldürəcək.” Əmmar imam Əlinin (ə) Siffeyn çölündə Müaviyyəyə qarşı apardığı döyüşdə azğın şam ordusu tərəfindən şəhid edilir. Məşhur hədisi eşidən müsəlmanlar təlaş içində qalıb Müaviyyəyə qarşi etirazlar edirlər. Həmişə olduğu kimi Müaviyyə yenə də hiylələrə əl atır və deyir: “Əli Əmmarı bura gətirməsəydi o da burda ölməzdi.”

 

Beləcə hiyləgər Müəviyyə bu məsələdə də camaatı aldadir. Əmmar Yasir şəhid eilərkən artiq qocalmiş, 90 yaşlarinda bir kişi olur. Hazırda o böyük şəxsiyyətin məzarı şəhid edildiyi yerdə, Suriyanin Raqqa şəhərindədir. 

 

Təəssüf ki, təkfirçilər Suriyani işğal edərkən o böyük insanın, peyğəmbər sevimlisi Əmmar Yasirin və onunla bərabər Uveys Qəraninin məzarını dağıdıcı gücə malik minalarla yerlə yeskan edib  dağıdılır.

 

 Yaşar Nuriyev

 

Əmmar Yasirin dağıdılmış məzarı

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system