NAMAZ VAXTLARI:
  • FƏCR 05:38
  • GÜN 06:58
  • ZÖHR 12:25
  • ŞAM 18:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Müasir məktəblilərin və gənclərin acınacaqlı durumu bundan gözəl ifadə edilə bilməzdi - VİDEO

Oxundu: 5545
"

“Mən o gənclərlə nə edilməli olduğunu bilmirəm, hansı ki, kitab oxumaq istəmir, amma 24 saat saytlarda, pornoqrafiyalarda otururlar və valideynləri bununla bağlı heç nə etmirlər.”

Ukraynalı siyasi və ictimai xadim, ukraynanın əməkdar hüquqşünası, Ukraynanın xalq deputatı, "Veçe Ukrayna" ümumukrayna ictimai təşkilatının başçısı İnna Boqoslovskanın teledebatlardan birində məktəblilərin və gənclərin düşdüyü əxlaqi böhranla bağlı ürək yanğısı ilə etdiyi çıxış sosial şəbəkələrdə geniş müzakirəyə və izləməyə səbəb olub. İslaminSesi sözügedən videoçıxışı oxucularına təqdim edir.  

 

“Mən sizə dürüstcə deyim ki, mən nə edilməli olduğunu bilmirəm. Mən o gənclərlə nə edilməli olduğunu bilmirəm, hansı ki, kitab oxumaq istəmir, amma 24 saat saytlarda, pornoqrafiyalarda otururlar və valideynləri bununla bağlı heç nə etmirlər. Və o yeniyetmələr ki, 18 yaşlarında məktəbi qurtarırlar və bilirlər ki, onlar işsiz olacaqlar, işə düzəlmək çətindir, - həyatları əslində çox bərbad günündədir.  Hər kəs alınır, hər şey yalanlanır, - belə olmaz.  Mən bilmirəm, bunlar mənə ağırdır.. Və faciə burasındadır ki, bu hal təkcə bizdə deyil, insanlar hara gedir?

 

İndi həqiqətən ölkəyə zorakılıq mədəniyyətini yeridirlər. Bəs biz bununla nə edəcəyik? Bütün bunlar nə ilə nəticələnəcək? Nə qədər problemlər var, ölkədə təhsil haqqında proqram qoyun və onun reytinqi sıfır olacaq.  Çünki insanlar bunu edə bilməyəcəklər. Biz dəli oluruq, nə baş verir, izah edin mənə. Əzizlər biz hansı yollasa insan sifətinə dönməliyik.  Belə olmaz, nəticəsi pis olacaq. Kimsə normal insan olmalıdır! Və mənə elə gəlir ki, bunun yeganə yolu özümüzə qayıtmaqdır. Ailələrin tərbiyə verməsinə qayıtmaq.

 

Bir birimizi sevgidə tapmalıyıq. Uşaqlar biz şouya çevrilirik, belə olmaz. Artıq belə olmaz (kövrəlir)

 

Məni üzrlü bilin Allaha xatir...”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system