NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Müasir kişilər “sonsuz”qala bilər – Həyəcan təbili!

Oxundu: 250
Müasir kişilər “sonsuz”qala bilər – Həyəcan təbili!

İslam 1400 ildən çoxdur ki, əbəs yerə insanları qidada da, niyyətdə də, əməldə də halallığa çağırmır...

İslaminSesi - Hər il kişilərin təbii nəsilartırma toxumlarının - spermalarının keyfiyyəti əhəmiyyətli dərəcədə pisləşir. Buna əsas səbəb  ekoloji çirkli mühit və zərərli yemək və içkilərdir. 

 

 

Müxtəlif xarici islami saytlarda verilən xəərlərə əsasən, ABŞ-dakı Sidney Kimmel Tibb kollecinin alimləri  “IVIRMA” Fertillik(nəsilvermə) klinikasından olan həmkarları ilə birlikdə belə bir nəticəyə gəliblər.

 

Tədqiqat müəllifləri sonsuzluqla üzləşmiş 120 mindən çox kişinin sağlamlığını təhlil ediblər. Belə bir yekdil nəticəyə gəlinib ki, çağdaş həyat tərzi kişilərin nəsilartırma qabiliyyətini tamamilə məhv edə bilər.  Güclü cinsdə “üzgüçülər” adlanan hərəkətli spermaların sayı hər il 1,8% azalır. Bu nəticə də ABŞ şəhərlərinin 85% -nin monitorinqini aparmış tədqiqatçılar tərəfindən əldə edilib.

 

 

Zərərli, süni kimyəvi qatqılı, qeyri-təbii,  ayaqüstü, fastfud qidaların qəbulu və ətraf mühitin çirklənməsi  sperma keyfiyyətinin  pisləşməsinə səbəb olur. Alimlərin fikrincə, ümumiyyətlə bəşəriyyətin gələcək həyatını təhdid edən bir çox amillər var. Belə getsə, tezliklə qadın yumurtalarını nəinki öz halal əri tərəfindən təbii yolla, süni yolla da mayalamaq üçün  heç bir sağlam sperma tapılmayacaq... 

(Moderator.az)

 

Qeyd: İslam dini daima insanları mənəvi və xarici paklığa dəvət edir. Quran ayələri və hədislər bizləri hər zaman halal və pak qidalardan istifadə etməyə çağırır. Çünki bədənimiz qidalarla formalaşır. Bununla bərabər qidanın insan ruhiyyəsinə bir başa təsiri vardır.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system