MTRŞ ANS televiziyasının tezliyini də müsabiqəyə çıxarır? - AÇIQLAMA

Oxundu: 92
MTRŞ ANS televiziyasının tezliyini də müsabiqəyə çıxarır? - AÇIQLAMA

Bir müddət öncə Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan etdi. Belə ki, 102,0 MHz tezliyi üçün müsabiqə Bakı və Abşeron ərazisində noyabrın 12-də başlayıb və dekabrın 12-dək davam edəcək. Müsabiqəyə çıxarılan həmin 102,0 MHz bağlanan ANS ÇM radiosunun tezliyi olub.

 

Bu məsələ mətbuatda yayılandan sonra iddialar ortaya atıldı ki, MTRŞ bağlanan ANS televiziyasının da tezliyini müsabiqəyə çıxaracaq.

 

İslaminSesi bildirir ki, Milli Teleradio Şurasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hələlik ANS telekanalının tezliyinin müsabiqəyə çıxarılması gündəmdə deyil:

 

“Şura zərurət gördüyü halda hansısa televiziya və radio tezliyini müsabiqəyə çıxara bilər. Amma hazırda bu məsələ gündəmdə deyil.  Buna baxmayaraq, ANS telekanalının televiziya tezliyi istifadəyə yararlıdır. Amma dediyimiz kimi, bu o demək deyil, müsabiqəyə çıxarılacaq”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system