MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb - Vahid Mustafayevin sözçüsündən REAKSİYA gəldi

Oxundu: 47
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb - Vahid Mustafayevin sözçüsündən REAKSİYA gəldi

Milli Televiziya və Radio Şurası yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. Belə ki, 102,0 MHz tezliyi üçün müsabiqə Bakı və Abşeron ərazisində noyabrın 12-dən dekabrın 12-dək keçiriləcək.

 

Qeyd edək ki, 102,0 MHz bağlanan ANS ÇM radiosunun tezliyi olub.

 

Fəaliyyəti dayandırlmış ANS-in keçmiş mətbuat katibi Mais Məmmədov Modern.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu deyib:

 

"ANS rəhbərlərinin, keçmiş ANS-çilərin bundan xəbəri var. Bilmirəm Vahid Mustafayev hansı addımı atacaq. Amma məncə, bu düzgün addım deyil. Çünki ANS ÇM Çingiz Mustafayevin radiosudur. Yeganə radiodur ki, Mili Qəhrəmanın adını daşıyırdı. Çingiz Mustafayev olmasaydı, heç kim bilməyəcəkdi ki, Xocalıda ermənilər azəraycanlıların başına nə oyunlar gətirib. Çingiz Mustafayevin xatirəsinə hörmət üçün radio saxlana bilərdi".

 

M.Məmmədov əlavə edib ki, Vahid Mustafayevin tezliyi yenidən alıb, yeni radio yaradıb-yaratmayacağından xəbərdar deyil:

 

"Amma 3 ilə yaxındır, ANS yoxdur. Hesab edirəm ki, ANS-in ləğv edilməsi haqsız qərar idi. Həmin radionu da Vahid müəllim yaradıb. Onun haqqı çatır".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system