MSK-nın 4.5 saat çəkən iclası başa çatdı

Oxundu: 78
MSK-nın 4.5 saat çəkən iclası başa çatdı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclası başa çatıb.

 

İslaminSesi xəbər verir ki, 4 saat yarım davam edən iclasda bir sıra seçki dairələri üzrə müraciətlərə baxılıb, bəzi dairələrdə seçki məntəqlərinin nəticələri etibarsız sayılıb. 

 

İclasda 9 fevralda keçirilmiş parlament seçkilərinin nəticələrindən narazı qalan deputatlığa namizədlər də dinlənilib.

 

İclasda daha çox İmamverdi İsmayılovun qalib elan olunduğu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin nəticələri müzakirə olunub.

 

Son olaraq 23 saylı Nəsimi-Səbail seçki dairəsindən olan namizədlər MSK üzvlərinə dairədəki qanun pozuntuları barədə ətraflı məlumat veriblər.

 

Qeyd edək ki, 23 saylı seçki dairəsində lider namizəd bitərəf Ziyad Səmədzadədir.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system