MSK daha 5 seçki məntəqəsinin nəticəsini ləğv etdi

Oxundu: 68
MSK daha 5 seçki məntəqəsinin nəticəsini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 57 saylı Kürdəmir seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

 

İslaminSesi xəbər verir ki, məsələ barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

 

Namizəd Qəribov Rəşad şikayətində səsvermə prosesində  sayımda pozuntuların olduğunu qeyd edib. Namizəd şikayətə 18 protokol təqdim edib.

 

MSK-nın araşdırması zamanı məlum olub ki, 5 seçki məntəqəsində pozuntu var.

 

Beləliklə, MSK qərara alıb ki, 7,18,20,27,33 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilsin.

 

Qeyd edək ki, həmin dairədə lider namizəd Əminə Ağazadədir.

 

Xatırladaq ki, Rəşad Qəribov sabiq deputat Fərhad Qəribovun oğludur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system