Mövlüd və şəhadət günlərini qeyd etməyin bizə nə faydası var?

Oxundu: 308
Mövlüd və şəhadət günlərini qeyd etməyin bizə nə faydası var?

Mövlüd və şəhadət günlərinin keçirilməsi yalnız məsumların kimliklərinin xatırlanması və anilmasi demək deyildir.

 

Onların hədəf və məqsədlərinin, ictimai həyat fəaliyyətinin xatırlanması deməkdir!

 

Məni həmişə bir məsələ düşündürüb, nə üçün məsumların (ə) daha çox xatırladıldığı cəmiyyətlərdə istənilən nəticəni müşahidə etmək mümkün deyil?

 

Dünən Hz. Zeynəbin (s.ə) mövludu ilə əlaqədar təşkil olunmuş bir məclisdə iştirak etdim. Məclis sadəcə xanımın (s.ə) həyat tarixçəsinin xatırlanması ilə nəticələndi.

 

Bunun cəmiyyətə nə kimi faydası oldu?

 

Sadəcə şəxsiyyətin kimliyinin təqdimatı!

 

Amma onların əməli tövhələri isə yenədə bağlı qapı arxasında qaldı. İnsanların düşüncələrində sadəcə adlar həkk olundu.

 

Elə isə ailədə, cəmiyyətdə, sahib olduqları peşələrin məsuliyyətinin daşınması və sair, bəs onlar necə olacaq?

 

Quranin ayələrinə diqqət etdikdə, görürük ki, ayələr bizləri İlahi adlarla və hədəflərlə tanış etdikdən sonra əməli zikrə dəvət və təkid edir.

 

Bəli, mövlüd və şəhadət günlərində səbəbkarların kimliklərini bir neçə dəqiqə ilə xatirlatsaq kifayət edər, cəmiyyətə vəzifələrinin aşilanmasi da lazımdır. Misal üçün bu gün kanal on 4- də hz. Zeynəbin (s.ə) mövlüd gününü “Tibb bacılar günü” kimi təqdim etdilər. Hz. Zeynəbin Kərbəla hadisəsindən sonra qardaşı oğlu xəstə İmam Səccad ilə rəftarı xatırlandı. Bunun ardınca tibb işçilərinı mənəvi vəzifəyə dəvət edərək, şərəflənməyə təşviq etdi...

 

Gəlin məsumların həyatını öyrənməklə yanaşı əməllərimiz ilə də xatırladaq və yaşadaq.

 

İslaminSesi – Elnur Əlioğlu

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system