“Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?” - BNA-ya sərt tənqid

Oxundu: 115
“Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?” - BNA-ya sərt tənqid

“Ötən il bu məsələ gündəmə gələndə BNA (Bakı Nəqliyyat Agentliyi – Red.) bildirmişdi ki, bu vəsait nəqliyyatın intellektual idarəetmə sistemini qoruyub-saxlamaq və bərpa etmək üçün ayrılıb. “Bu əslində ölünü diriltməyə bənzəyirdi”.

İslaminSesi xəbər verir ki, bu sözləri tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. “Mövcud olmayan bir layihəyə təxminən 20 000 000 manat dövlət vəsaiti necə verilib?” – deyə sual da ünvanlayan O. Gündüz sözlərinə belə davam edib:

 

“BNA nəqliyyatın intellektual idarəetmə sistemini təkmilləşdirmək üçün iki il öncə SİNAM şirkətinə bir ay ərzində təxminən 22 milyon manat vəsait verib. Təkcə sistemin ehtiyat variantı (backup) və videorabitə üçün SİNAM-a 20 milyon manat vəsait verilib. Lakin “dirilmə” indiyədək də baş verməyib.

 

Çünki 100 milyon vəsait xərclənən NİİS (Nəqliyyatı İntellektual İdarəetmə Sistemi – Red.) heç vaxt qarşıya qoyulan vəzifələri icra edə bilməyib və elə əvvəldən də iflas olmuşdu. Elə adi müşahidə ilə görmək olar ki, fiber-optik infrastrukturdan da əsər-əlamət qalmayıb.

 

Doğrudur, BNA ötən müddətdə Bakı şəhərində nəqliyyat sistemində qayda-qanun yaratmaq üçün xeyli səy göstərib, yeniliklər etməyə çalışıb, xüsusən də ictimai nəqliyyatın normal fəaliyyəti üçün bir sıra tədbirlər görüb. Amma NİİS qarşısına qoyulan vəzifələrin böyük əksəriyyəti indiyədək də həll olunmayıb.

 

Mən hələ də ümid edirəm ki, BNA bu qədər vəsaitin qarşılığında sistemi qismən də olsa. bərpa edə biləcək”./Yeni Sabah”/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system