NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Mossad Sudanda yaşayan yəhudiləri ölkədən belə qaçırıb – ŞOK PLAN

Oxundu: 482
Mossad Sudanda yaşayan yəhudiləri ölkədən belə qaçırıb – ŞOK PLAN

Agentlərin qurduğu turizm mərkəzi.

İslaminSesi bildirir ki, Arous Sudan çölündə Qırmızı Dəniz sahillərində çox gözəl bir turizm mərkəzi idi. Bu turizm yeri ötən əsrin 80-ci illərində dünyanın ən yaxşı suya malik yeri kimi tanıdılır və reklam edilirdi. Mərkəzə gedən uzun yol səhradan keçərdi, amma insanlar ora çatanda reklam kartlarında təsvir olunan gözəlliklərlə qarşılaşardılar. Sudan hökuməti də bu məsələdən çox razı idi. İlk dəfə idi ki, ölkə turizm məsələsində kimlərinsə diqqətini çəkmişdi. Lakin gələn turistlərin və rəsmilərin bilmədiyi başqa bir məsələ var idi. Bu turizm mərkəzi saxta idi. Bura 1980-ci ilin əvvəlində Mossad agentləri tərəfindən qurulmuşdu. İsrail rejimi efiopiyalı yəhudiləri Sudandan çıxarmalı idi. Bunu isə hökumətə müraciət edərək etmək istəmirdilər. Çünki Sudan düşmən ərəb ölkəsi hesab olunurdu və onlardan yəhudiləri istəmək o zamankı vəziyyətə uyğun deyildi. Həmin turizm mərkəzində çalışan Gad Şimron bildirir ki, bu dövlət sirri idi və bunu ailəsi belə bilmirmiş.

 

Gad, Arous köyü yakınlarında bir zodyak botla

  Gad Şimron

 

Efioyopialı yəhudilər "Beta İsrail" olaraq tanınırlar. Kökləri hələ də öz sirrini qoruyur. Bu yəhudilər də Tövrata inanırlar və sinaqoqlarda dua edirlər. Onların qədim yəhudi tayfası olduğuna inanılır. 1970-ci ildə İsrail xaxambaşıları onları yəhudi olaraq tanıdıqlarını elan ediblər. Mossad uzun-uzadı bu yəhudiləri İsrailə necə gətirməyi düşündü. Onda bu turizm mərkəzi ideayası meydana çıxdı.

 

Düzdür bu bu turizm mərkəzi ideyasını İsrail rejiminin deyildi. Hələ 1972-ci ildə italyanlar buna cəhd etmişdilər. Onlar bu turizm mərkəzini qurdular, amma işlədə bilmədilər. Agentlərdən biri isə bunu belə dəyərləndirir: "Arxanızda Mossad durmayıbsa, belə yeri işlətmək çox çətin məsələdir"

 

Arous brochure title

 

Mossadın agentləri saxta pasportla rəsmilərdən bu turizm mərkəzin 320 min dollara kirayələdilər. Bu mərkəzi elə bir hala gətirdilər ki, görənlər heyrətə düşürdülər. Hər kəs mərkəzin bir qafqazlı tərəfindən işləndildiyini güman edirdi. Qadın agentlərin burada işçi kimi olması isə şübhələri tamam dağıdırdı. Bəzi depolara girmək qadağan idi, çünki orada Təl-Əvivlə radio bağlantısı yaradılırdı.

 

Gecələri oteli tərk edərək efiyopiyalıları dənizlə daşıyardılar.

Gad, Sudan'da bir kamyonda başka bir İsrailli ile birlikte

Efiyopiyalı yəhudilərə məsələ açıqlanmırdı, onlara sadəcə muzdlu əsgərlər olduqlarını deyirdilər. Qalan yəhudiləri də o ölkədən daha sonralar Corc Buş təyyarə göndərərək çıxardı. Həmin turizm mərkəzini isə 1985-ci ilə kimi Mossad işlətdi. Efiyopiyalı yəhudilərin məsələsi mediaya sızan kimi Sudan hökuməti bunu təkzib etdi və bu hadisəni sionist quraşdırması olduğunu irəli sürdülər. 1985-ci ildə Sudanda çevriliş olan gecə Mossad agentləri həmin turizm mərkəzini qəfil tərk edirlər. Daha sonralar agentlərdən biri belə deyir: "Biz gecə ikən oranı tərk etdik. Təssəvvür edin ki, səhər turistlər ayılıb görəcəkdilər səhranın ortasında tamamilə tək qalıblar"

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system