Moskvada “OMON” Cümə namazına gələn müsəlmanları mühasirəyə aldı

Oxundu: 241
Moskvada “OMON” Cümə namazına gələn müsəlmanları mühasirəyə aldı

Dünən – Cümə günü Rusiya paytaxtının Basovskaya küçəsindəki bir ev-məsciddə gözlənilmədən müsəlmanların sənədlərinin yoxlanılması aparılıb.

 

Rusiya mediasının verdiyi xəbərə görə bu məqsədlə “OMON” (xüsusi təyinatlı polis dəstəsi) Cümə namazından sonra dindarları mühasirəyə alıb.  

 
Şahidlərin sözlərinə görə,  yoxlama "tanınma nişanları olmayan silahlı şəxslər" tərəfindən aparılıb. Namaza gələnlər hər birinin baza yoxlanışından keçməsindən ötrü uzun müddət ayaq üstə dayanmaq məcburiyyətində qalıblar. 
 
Qeyd edilir ki, məscid Müfti Ildar Alyautdinovun başçılıq etdiyi Moskva Müsəlmanları Ruhani İdarəsinin tabeliyindədir. Moderator.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system