Moskvada Liviya mövzusunda Rusiya-Türkiyə danışıqları başlayıb

Oxundu: 50
Moskvada Liviya mövzusunda Rusiya-Türkiyə danışıqları başlayıb

Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evində Liviyadakı vəziyyətin nizamlanması ilə bağlı Rusiya-Türkiyə danışıqları başlayıb. Danışıqlara yaxın günlərdə Liviya tərəflərinin nümayəndələri də qatılacaq.

İslaminSesi RT-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.


"Rusiya və Türkiyə prezidentləri (Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan) arasında İstanbulda əldə edilmiş razılaşmalara uyğun olaraq, bu gün Xarici İşlər Nazirliyinin Qəbul Evində Xarici İşlər Nazirliyi rəhbərləri səviyyəsində Rusiya-Türkiyə görüşü başlayıb", Zaxarova Facebook-da bildirib.


Zaxarovanın sözlərinə görə, Liviya Milli Razılıq Hökuməti (PNC) və Liviya Milli Ordusunun (LNA) nümayəndələri tezliklə danışıqlara qoşulacaqlar./SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system