NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir - VİDEO

Oxundu: 127
Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir - VİDEO

Rusiyanın avqustun 8-də Nyonoksda baş verən nüvə qəzasını gizlətmə cəhdləri barədə dəlillər günü-gündən artır. Bu barədə BusinessInsider xəbər verib.

Bildirilir ki, Kreml ölümcül partlayışın səbəbini açıqlamaqdan imtina edib. Lakin yaralı pasientləri müalicə edən həkimlərə radiasiya şüalanması barədə xəbər verilməyib, xəstəxana sənədləri isə müsadirə olunaraq, məhv edilib (The Moscow Times).


Məlumata görə, poliqon yaxınlığında olan 4 nüvə monitorinq stansiyası qəzadan sonra sirli şəkildə sönüb. Ekspertlər bunu çox qəribə təsadüf adlandırırlar (CNN).

 

Qərbli ekspertlər və kəşfiyatçılar hesab edirlər ki, Nyonoks partlayışı «Qiyamət günü silahı» adını alan 9M730 «Burevestnik» atom qanadlı raketinin (Hansı ki, NATO da SSC-X-9 Skyfall adlandırır) uğursuz sınağı nəticəsində baş verib.


Yeri gəlmişkən qeyd edək ki, 1960-cı illərdə ABŞ-da «Pluton» adlı oxşar layihə olub. Lakin silah çox təhlükəli olduğundan hökumət onun üzərində işini davam etdirməmək qərarına gəlmişdi. Nəticədə 1964-cü ilin iyulun 1-də layihənin üzərində 7,5 il işlədikdən sonra, «Pluton» layihəsi qapandı.
Nə səbəbdənsə Rusiya avqustun 8-də poliqonda sirli surətdə nəyin partladığını açıqlamır. Həmçinin qonşu şəhərlərdə radiasiya səviyyəsinin kəskin surətdə artıb. Bir neçə gün sonra yerli məmurlar sakinlərin evakuasiyası barədə göstəriş versələr də, bir neçə saat keçmiş fərman ləğv edilib.


İlk əvvəl Rusiya KİV-ləri sınaq zamanı maye yanacaqlı reaktiv mühərriyin partlaması barədə məlumat vermişdilər. Qərbli ekspertlər və kəşfiyyat nümayəndələri bu xəbəri təkzib ediblər. Onların sözlərinə görə, mühərriyin partlaması radiasiyanın kəskin artmasına səbəb ola bilməzdi.


«Rosatom» Dövlət Nüvə Agentliyi partlayış vaxtı Rusiyanın yeni silah üzərində işlədiyini etiraf edərək, «yeni texnologiyaların sınağı zamanı belə hadisələrin baş verə biləcəyini» deyib.


Putin isə hadisə ilə əlaqədar bəyan edib ki, təhlükə yoxdur, ekspertlər vəziyyəti izləyirlər.

 

 

Qeyd edək ki, rəsmi məlumatlara görə, qəza nəticəsində azı 7 nəfər həlak olub. Rusiya onları «milli qəhrəman» adlandırıb. Eyni söz ötən ay çox məxfi atom sualtı qayığında sirli yanğın zamanı həlak olan 14 rusiyalı dənizçi barədə də deyilib. Lakin onların qəhrəmanlıqlarının təfərrüatları Rusiya xalqından və ümumiyyətlə bütün dünyadan gizlədilir.


Avqustun 20-də məlum oldu ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi Müqaviləsi Təşkilatı (OPCW) Beynəlxalq Monitorinq Sisteminin 2 stansiyası ilə əlaqə yarada bilməyib. Söhbət Bilibino şəhərində və Zalesevo kənldindəki stansiyalardan gedir. Bu barədə OPCW-nin icraçı katibi Lassina Zerbo bəyan edib.


Buna qədər isə qəza yerinə ən yaxın Dubna və Kirovsk stansiyaoları Vyanada vahid mərkəzə məlumat ötürməyi dayandırmışdılar.
Wall Street Journal-a müsahibə verən Zerbo deyib ki, rusiyalı mütəxəssislər bunu şəbəkə və rabitədə yaranan nasazlıqla əlaqələndiriblər.


Bununla belə ekspertlər hesab edirlər ki, Nyonoks qəzasından dərhal sonra monitorinq stansiyalarının işinin dayandırılması təsadüf deyil. Lassina Zerbo öz tvitterində partlayış nəticəsində yarana biləcək radioaktiv buludun yayılması barədə nəzəri videorolik də dərc edib.
/FaktXeber.com/

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system