NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 417
Mömin hər duasının sonunda bu nəticələrdən birini əldə etmiş olur – İmam Səccadın (ə) izahı

Mömin hər duasının sonunda bu nəticələrdən birini əldə etmiş olur – İmam Səccadın (ə) izahı

İmam Səccad (ə) edilən hər bir duanın cavabı vardır deyə buyurmuşdur.

İslaminSesi.info - “Dua” istəmək mənasındadır. Yəni insanın rəbbindən istəməsi. Allah Təaladan dua edib istəmək üçün ilk öncə insanın Allaha və Onun qüdrətinə, görən və eşidən olmasına etiqadı olmalıdır. Bu səbəbdən dua dərin bir etiqaddır, yüksək bir mərifətdir (tanımaqdır), bir təsdiqdir. Çünki insan dua vasitəsilə kimdən istədiyini, nə istədiyini bir daha qəlbi və dili ilə iqrar edir.

 

İmam Səccad (ə) edilən hər bir duanın cavabı vardır deyə buyurmuşdur. Lakin bu cavab insanın istədiyi formada deyil, rəbbimizin o bəndəyə əta etdiyi xeyir və məsləhəti formasında cavab verilir. Çünki insan öz duası ilə rəbbindən xeyir istəyir, Mütəal Allah da ona məsləhət bildiyi xeyri əta edir. Lakin insan bunu dərk etmədiyi üçün duam qəbul olmadı deyir.

 

İmam Səccad (ə) mömin bəndənin hər bir duasına cavab verildiyinə işarə deərək buyurub:

 

Mömin bəndə etdiyi öz duasından 3 nəticə əldə edər:

 

1- Ya bu dünyada istədiyi ona yetişər,

2- ya onun üçün qorunar (öz zamanında yetişər)

3- ya da ona yetişəcək olan hər hansı bəlanın ondan uzaqlaşdırar.

 (Tuhəful-uqul. Səh-280)

 

İnsanın dua və istəməyin əsasında xeyir durur. Çünki insan yaradılış etibarı ilə özü üçün xeyir istəyən bir varlıqdır. Kimsə özünə pislik və zərər istəməz! İnsanın özü üçün bütün istədikləri bu kimi xeyir, bərəkət ümumilikdə “rizq-ruzi” adlanır.

 

 Yaşar Nuriyev

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system