NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 85
Misirdə terrorçulara qarşı əməliyyat zamanı 50-dən çox polis həlak olub

Misirdə terrorçulara qarşı əməliyyat zamanı 50-dən çox polis həlak olub

Paytaxt Qahirə ətrafı Əl-Vahat bölgəsində terrorçularla toqquşmalar nəticəsində Misirin Daxili İşlər Nazirliyi strukturunun 58 əməkdaşı həlak olub.

Polislərlə terrorçular arasında şiddətli toqquşma polislərin cümə günü səhralıq bölgədə gizlənən terror özəyinin zərərsizləşdirilməsi üzrə keçirdiyi əməliyyat zamanı baş verib. Zərərsizləşdirilmələrinin vacib olduğu ekstremistlər Misirdə ən təhlükəli dəstələrdən biri sayılır və bir neçə terror aktının törədilməsində əlləri var.

 

 

Polislər əməliyyat yerinə gələndə terrorçular tərəfindən ağır silahlardan da daxil olmaqla atəşə tutulublar. İslaminSesi.info-nun verdiyi məlumata görə, bu barədə məlumatı RİA Novosti-yə ölkənin təhlükəsizlik orqanlarındakı mənbə bildirib. Onun sözlərinə görə ekstremistlərdə RPQ tipli silahlar olub, 23-nün zabit olduğu 58 polis əməkdaşı həlak olub. O bildirib ki, hazırda əməliyyat başa çatıb, polis və hərbçilər qırx kilometr radiusda toqquşma bölgəsini təmizləyirlər.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system