Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

Oxundu: 99
Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

Misirin paytaxtı Qahirə də daxil olmaqla ölkənin müxtəlif əyalətləri hakimiyyətə qarşı kütləvi etiraz aksiyaların şahidi olub.

 

İslaminSesi.info Əlcəzirə telekanalına istinadla xəbər verir ki, ötən gecə Qahirənin Təhrir meydanı prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaların şahidi olub.

Etiraz aksiyalarında Əbdül-Fəttah Sisinin kənarlaşmasını tələb edən şüarlar səsləndirilib.

Aksiyalar sonda polislə qarşıdurma ilə nəticələnib.

Məlumata görə Qahirədə onlarla etirazçı həbs edilib.

Qeyd edək ki, Əbdül-Fəttah Sisi və ordunun digər hərbçiləri 2013-cü ildə seçkilərlə hakimiyyətə gəlmiş mərhum eks prezident Məhəmməd Mursini devirərək hakimiyyətə gəlib. Ötən günkü Misir aksiyaları son altı ildə ilk dəfədir baş verir və prezidentin ABŞ səfərinə təsadüf edib.SalamNews 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system