NAMAZ VAXTLARI:
  • FƏCR 05:30
  • GÜN 06:51
  • ZÖHR 12:26
  • ŞAM 18:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Misirdə “dünyanı 100 il qaranlığa bürüyəcək” tabut tapılıb

Oxundu: 177
"

Misirin İsgəndəriyyə şəhərində son zamanlarda tapılan qəribə tabutun sahibi müəyyənləşdirilməlidir. Deyilir ki, bu tabut Misirdə indiyə qədər tapılanlardan fərqlidir və onun açılması ilə daxilində olan tilsim dünyanı 100 illiyinə zülmətə qərq edəcək.

İslaminSesi.info RT-ə istinadla xəbər verir ki, Misirin Taxiri Əsərlər üzrə Baş Şurasının katibi Mustafa Vəziri ölkədə çoxlu qəbir tabutlarının tapıldığını deyib və onların heç birində mənfi hal yaradan bir tilsimin olmadığını bəyan edib.

 

İsgəndəriyyədə yeni tapılan tabut haqda bir çox KİV-lərin və sosial media fəallarının tilsimlə bağlı dediklərini inkar edən misirli tarixçi vurğulayıb ki, bu tabut Misirdə Ptolemeylər sülaləsi dövrünə aiddir.

 

Qeyd edək ki Misir və dünya arxeoloqlarının diqqətini çəkən bu fərqli tabut İsgəndəriyyə şəhərinin Sidi-Cabir kvartalında və əl-Kirmili adlı küçəsində yaşayan bir vətəndaşın sahəsində qazıntılar aparılarkən aşkarlanıb.

 

Bu tabutun böyük İsgəndərə aid edilməsi ilk fərz olaraq irəli sürülsə də daha sonradan təkzib edilib və ehtimal olunur ki, Ptolemeylər sülaləsinin hansısa bir dövlət adamının tabutudur.

 

Misirin Taxiri Əsərlər üzrə Baş Şurasının katibi Mustafa Vəziri bu tabutda kimin dəfn edildiyinin tezliklə ictimaiyyətə açıqlanacağını bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system