NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 231
Misir məhkəməsi 21 ixvançını edama məhkum edib

Misir məhkəməsi 21 ixvançını edama məhkum edib

Məhkəmə onlara qarşı İxvanul-Müslimin tışkilatına üzv olma, polisə hücum, silah gəzdirmə kimi ittihamlar irəli sürmüşdü.

İslaminSesi.info Əlcəzirəyə istinadla xəbər verir ki, Qahirənin Ağır Cinayətlər Məhkəməsi Dimyat əyalətində 21 vətəndaşı edama məhkum edib.

 

Daha 4 nəfər ömürlük həbs, 3 nəfər isə hər biri 15 il həbs alıb.

 

21 İxvançı barədə qaldırılan vəsatətlər və appelyasiya məhkəmələrinin heç bir onları edam hökmündən xilas etməyib.

 

Misir qanunlarına görə edam hökmü Əl-Əzhər müftisi tərəfindən də təsdiqlənməlidir.

 

Xatırladaq ki, 2013-cü ilin iyul ayında Əbdül-Fəttah Sinin başçılığı ilə sabiq president Məhəmməd Mürsi hərbçilər tərəfindən devrilmişdi. O zamandan yeni hakimiyyətə etiraz edən İxvanul-Müslimin tərəfdarları kütləvi şəkildə həbs edildilər. İndiyə qədər onlarla ixvançı Misirdə edam edilib. Misirdə İxvanul-Müslimin hərəkatı terror təşkilat və ona üzv olmaq qadağalı hesab edilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system