NAMAZ VAXTLARI:
  • FƏCR 05:11
  • GÜN 06:31
  • ZÖHR 12:32
  • ŞAM 18:49
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Mirşahinin kanalında kimlər var?

Mirşahinin kanalında kimlər var?

Tezliklə Real TV-nin efirində ANS-çilərdən mən, Ləman Ələşrəfqızı, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Ayşəm Rüstəmova, Vüsalə Xammədqızı, Xatirə Məmmədova, Natiq Nailəoğlu, Orxan Məmmədli, Ziya Babayev, Mehman Rəsulovu görəcəksiniz.

İslaminSesi bildirir ki, bu sözləri Kult.az-a keçmiş ANS TV-nin aparıcısı, tanınmış telejurnalist Afət Telmanqızı Mirşahin Ağayevin rəhbərlik etdiyi Real TV ilə bağlı açıqlama verərkən deyib.

A.Telmanqızı bildirib ki, tezliklə operativ xəbər və araşdırma mövzuları ilə tamaşaçıların qarşısında olacaqlar:

“Tanınan simaları yenidən görüb eşidəcəksiniz. Mirşahin Ağayevin rəhbərliyi ilə peşəkarlardan ibarət komanda xəbər xidməti ilə görüşünüzə gələcək”.

Digər kanallarda çalışan keçmiş ANS-çilərin Real TV-də çalışıb-çalışmayacağı isə məlum deyil. A.Telmanqızı bildirib ki, bu barədə məlumatlı deyil.

“Mən yalnız komandada olanlarla bağlı deyə bilərəm”.

Qeyd edək ki, Milli Teleradio Şurası, tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi Real TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verib. Telekanalın tezliklə fəaliyyətə başlayacağı gözlənilir.

Televiziyanın 5 mərtəbəli ofisi Əhməd Rəcəbli küçəsində yerləşir.

Real TV Azerspace tezlikdə 1135 Polarization Horizontal Symbol Rate 27500 yayımlanacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system