NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı? - Rəsmi açıqlama

Oxundu: 214
Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı? - Rəsmi açıqlama

Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) baş vermiş qəzanın nəticələri kompleks olaraq aradan qaldırılıb.

 

İslaminSesi bildirir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

 

Y.Babanlı deyib ki, narahatlığa əsas yoxdur:


“Qəza ilə bağlı təmir-bərpa işləri yekunlaşdırılıb. Amma istismarda olan cərəyan transformatorlarının növbədənkənar təftişi, sınaq-yoxlama işləri də diqqətdədir və bu tədbirlərdə başa çatdırılmaq üzrədir”.

 

Y.Babanlı həmçinin Gürcüstan və Rusiya ilə enerji mübadiləsi məsələsinə də aydınlıq gətirib:

 

“Gürcüstandan idxal dayandırılıb, Rusiya ilə paralel iş rejimində razılaşdırılmış yük qrafikinə əsasən, elektrik enerjisinin mübadiləsi həyata keçirilir. Paralel iş rejimi dedikdə sinxron zonada eyni tezlikdə fəaliyyət nəzərdə tutulub”.


İyulun 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb.

 

Dərhal Prezident İlham Əliyevin sərəncamı ilə baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi Dövlət Komissiyası yaradılıb.

 

Qəzaya görə cinayət işi açılıb. Hazırda qəzanın səbəbləri araşdırılır. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system