NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Mingəçevirdə yaşayış binasında partlayış - VİDEO

Oxundu: 170
Mingəçevirdə yaşayış binasında partlayış  - VİDEO

Mingəçevirdə yaşayış binasında partlayış və yanğın olub.

 

İslaminSesi ONA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsindəki 31 saylı binada baş verib.

 

Həmin binanın 2-ci mərtəbəsində iki otaqlı mənzildə kiçik qaz balonunun partlaması nəticəsində yanğın başlayıb. Yanğın həm də üst mərtəbənin  eyvanına yüksəlib. Hadisə yerinə FHN-in iki yanğınsöndürmə briqadası və təcili tibbi yardım heyəti cəlb olunub. Sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.

 

Yanğın daha da genişlənmədən qarşısı alınıb və tamamilə söndürülüb. Hadisə zamanı ev sahibləri mənzildə olmadığından, partlayış və yanğından kimsə zərər görməyib.

 

Məlum olub ki, ev sahibləri qaz balonunu açıq qoyaraq çölə çıxıb və məhz bu zaman partlayış baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system