ÖLKƏ

Oxundu: 83
Minaya düşərək gözlərini itirən hərbçimiz Prezidentdən və birinci Vitse-Prezidentdən kömək istədi

Minaya düşərək gözlərini itirən hərbçimiz Prezidentdən və birinci Vitse-Prezidentdən kömək istədi

Silahlı Qüvvələrimizin giziri Əbdürrəhmənov Nəzər Firuddin oğlu gözünün əməliyyat olunaraq işıqlı dünyaya qovuşması üçün prezidentdən və vitse prezidentdən kömək istəyir.

 

İslaminSesi bildirir ki, Moderator.az -a danışan veteran bunları deyib:
 
 “1988-ci ildə Xaçmaz rayonunda anadan olmuşam. Hərbi xidmətdən sonra gizirlik məktəbini bitirib Silahlı Qüvvələrimizin giziri kimi xidmətə başladım. 2015-ci il avqustun 13-də cəbhənin Goranboy rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən minaya düşdüm. Hadisə nəticəsində iki gözümü və sağ qolumu dirsəkdən yuxarı itirdim. Sol gözüm ümumiyyətlə yerindən çıxdı. Sağ gözüm isə yerində olsa da, görmürəm. Azərbaycanda əməliyyat olunaraq görmə şansım yoxdur. 2016-cı ildə Türkiyədə oldum. Orda mənə dedilər ki, Amerika Birləşmiş Ştatlarında əməliyyatın mümkündür. Sağ gözüm əməliyyat olunmalıdı yox əgər əməliyyatdan sonra görməsəm, yerinə göz yerləşdiriləcək. Bunun üçün isə əməliyyata150 min ABŞ dolları lazımdır.  Ailəliyəm bir övladım. İşıqlı dünyaya qovuşmam üçün prezidentimiz cənab İlham Əliyevdən və ölkənin birinci xanımı Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevadan kömək istəyirəm”. 
 
 
 
 
Vasif Əlihüseyn

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system