Milyonlarla insanın ölümünə səbəb olan nasistlər heyvanları niyə qoruyurdular?

Oxundu: 120
Milyonlarla insanın ölümünə səbəb olan nasistlər heyvanları niyə qoruyurdular?

Bu günə qədər Hitler Almaniyası ilə bağlı qanımızı donduracaq çoxlu sayda xəbərlər oxuduq və o dönəmlərə aid dəhşətli şəkillər gördük.

Dünya tarixinin ən soyuqqanlı qatillərindən olan nasistlərin heyvan haqları mövzusundakı həssaslığı ironik gəlsə də, bu, bir tarixi gerçəkdir. Nasistlər insanlara göstərmədikləri mərhəməti heyvanlara göstəriblər. 

 

Hitler də daxil olmaqla, bir çox nasist liderlər vegeterian olub. Məsələn, Hitlerin ən yaxın tərəfdaşlarından olan Gebbels ət yeməyi dəlilik və insan təbiətinə zidd bir şey hesab edirdi. Xristianlığı da vegeterianlığı təşviq etmədiyi üçün çürümüş hesab edirdi. 

 

Gebbels öz gündəliyində Hitlerin dinlərdən nifrət etməsinin səbəblərindən biri olaraq, dinlərin heyvanlara dəyər verməməsinin olduğunu yazırdı.

 

nazilerin hayvan sevgisi ile ilgili görsel sonucu

 

Bu məsələyə ən həssas yanaşanlardan biri də Gerinq idi. Himlerlə Gerinq ovçuluğun qadağan olunması ilə bağlı uzun illər mübarizə aparıb və nisbətən məhdudlaşdırılmasına nail olublar. Gerinq nəsli tükənməkdə olan heyvanları qorumaq üçün mərkəzlər yaradıb və bu mərkəzlər “Tanrının kasedralı” olaraq adlanırdı. 

 

 

Nasistlərin 1931-ci ildə məclisə təqdim etdiklər heyvanları qoruma qanunu rədd olundu, lakin 1933-cü ildə yenidən müzakirəyə qoyuldu və qəbul edildi. Qanunun məqsədi kimi alman xalqının ən yüksək əxlaqi dəyərlərindən biri olaraq, şəfqət duyğusunu oyandırmaq və gücləndirmək göstərildi. 

 

Bu qanuna görə, heyvanlarla qəddar davranan şəxsləri iki ilə qədər həbs cəzası gözləyirdi. Gerinq bu mövzuda daha sərt düşüncələrə sahib idi. Belə ki, o, heyvanları hələ də mülk olaraq görənlərin əsir düşərgələrinə göndərilmələri üçün çalışırdı. Bir müddət sırf bu səbəb görə əsir düşərgələrinə göndərilənlər olub. 

 

 

Bu qanunla bir müddət heyvanların toxunulmazlığının təmin edilməsi üçün şərait yaradıldı. Qaz ciyəri istehsalı, xərçənglərin diriykən suya atılaraq bişirilməsi, evdə balıq saxlamaq, heyvanların anesteziya edilmədən kəsilməsi, satılmaq üçün heyvanların qəfəsdə saxlanılması və heyvanlar üzərində təcrübə aparmaq qadağan olundu. 

 

Filmlərdə istifadə olunan heyvanların pis münasibət görməməsi üçün ilk qanuni tənzimləmələri edən də nasistlər olub. Nasist Almaniyası heyvan haqları ilə bağlı ilk beynəlxalq konfransa ev sahibliyi edib. 

 

Zamanla bu sərt qanunlarda müəyyən yumşalmalar da edilib. Məsələn, əvvəllər qadağan olunmuş heyvanların üzərində təcrübələrin aparılması tibbi məqsədlə edilmək şərtiylə yenidən həyata keçirilməyə başladı. 

 

 

Nasistlərin heyvanlara qarşı bu qədər həssas yanaşmasının altında nəyin dayanması məsələsi illərlə müzakirə olunub. Bəzi mütəxəssilərə görə, bu almanların yaratdığı imic idi. 

 

Lakin bu düşüncənin tərəfdarları öz fikirlərini təsdiqləyə bilmədilər. Ehtimal olunur ki, nasistlərin təbiətə və heyvanlara olan marağı ironik bir şəkildə də olsa, ideologiyalarından irəli gəlirdi. 

 

hitlerin hayvan sevgisi ile ilgili görsel sonucu

 

Nasistlər Tanrının varlığını qəbul etmirdi. Onlara görə, təbiət öz-özlüyündə mükəmməl idi. Təbiətdə də insan cəmiyyətinə məxsus bir qanun hakim idi. Burda da yanlız güclülər, mübarizə aparmağı bacaranlar sağ qala bilərdi. İnsanlar isə təbiətdəki bu prosesə mane olurdu. 

 

Nasistlər güc, saflıq, nizam kimi göylərə qaldırdıqları qavramları təbiətdə görürdülər. Bu da onları təbiətə və heyvanlara heyran qoyurdu. Nəticədə də ironik bir şəkildə insanlara göstərmədikləri mərhəməti və sevgini heyvanlara göstərirdilər. 

/Musavat.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system