DÜNYA

Oxundu: 1500
Milyarder bin Təllal Səudiyyə ilə sövdələşməyə getməkdən imtina edib

Milyarder bin Təllal Səudiyyə ilə sövdələşməyə getməkdən imtina edib

Səudiyyə kralının əmri ilə korrupsiyada şübhəli bilinərək saxlanılan Səudiyyə şahzadələrindən biri milyarder Vəlid bin Təllal hakimiyyət tərəfindən təklif edilən "məhkəməqabağı nüzamanmaya" getməkdən imtina edir və öz maraqlarını beynəlxalq məhkəmədə qorumağa hazırdır.

İslaminSesi.info TASS-a iastinadla xəbər verir ki, bu barədə öz mənbələrinə əsasən Amman News portalı məlumat verib.

 

Portalın məlumatına görə, Səud krallığı tərəfindən pulların yuyulmasında, rüşvət verməkdə və rəsmi şəxslərin şantaj edilməsində ittiham edilən Vəlid binTəllal günahını təkzib edir və öz gəlir və vəsaitlərinin məmbələrinin təyin edilməsi üzrə beynəlxalq auditor şirkətlərinin işə cəlb edilməsini tələb edir. O, bundan əlavə barəsindəki işin müstəqil ekspertləri və beynəlxalq məhkəmə instansiyalarının iştirakı ilə müstəqil araşdırılmasına təkid edir.

 

Vəliəhd şahzadə Məhəmməd bin Salmanın başçılığında Korrupsiya ilə Mübarizə Üzrə ali Komitə noyabrın 5-nə keçən gecə kral ailəsinin onlarla üzvünü, dövlət işçiləri və sahibkarları maliyyə və vəzifə cinayətlərində günahlandıraraq Ər-Riyaddakı Ritz Çarlton otelinə həbs edib. Səudiyyə prokurorluğu indiyədək 200-dək nəfərin ifadəsinin alındığını bildirib. Vəliəhd şahzadə "New York Times" qəzetinə müsahibəsində bildirib ki, günahlandırılanların 95 faizi krallıqla sazişə getməyə və vurduqları ziyana görə öz aktivlərinin bir hissəsini ödəməyə razı olub. Bu ziyanın həcmi 100 milyard dollaradək qiymətləndirilir. Onlar ilin axırınadək həbsdən azad ediləcəklər.  

 

KİV-in məlumatına əsasən razılaşan nüfuzlu şahzadələr arasında milli qvardiya naziri Mutaib bin Abdulla (Səudiyyənin qurucusu Əbdüləzizin bin Səudun oğlu Abdullanın oğludur) Səud və sabiq kral Abdulla Məhəmməd at-Təbişinin zamanında krallıq protokolunun başçısı da var. Bəzi məlumatlara əsasən onlar krallığın hesaокола 1 milyard dollardan artıq vəsait köçürüb və oteli tərk ediblər.

 

Milyarder Vəlid bin Təllal Sudiyyənin qurucusu və ilk kralı Əbdüləziz bin Səud əl Səudun nəvəsi, 20-ci şahzadə Təllal bin Əbdüləzizin oğlu, hazırki kral Salman bin Əbdüləzizin qardaşı oğludur. 1955-ci ilin mart ayında doğulub. Onun var-dövləri 17 milyard dollardan çox məbləğdə qiymətləndirilir. Four Seasons (Bill Geyts ilə birlikdə onlar 95% səhmə malikdir), CitiGroup, Twitter, 21st Century Fox, Disney şirkətlərindəki paylar ona məxsusdur. Parisdə "George V" və Nyu-Yorkda "Plaza" otelinin sahibidir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system