Milli Şura mitinqi Lökbatanada keçirməkdən İMTİNA ETDİ

Oxundu: 89
Milli Şura mitinqi Lökbatanada keçirməkdən İMTİNA ETDİ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib.

Mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib. Milli Şura isə bu dəfə də icazə verilən məkanla razılaşmır.

 

İslaminSesi xəbər verir ki, bu barədə Modern.az-a danışan Milli Şuranın üzvü Tofiq Yaqublu mitinq iştirakçılarının Lökbatana getməyəcəyini bildirib:


“Bizim qərarımız əvvəlcədən bəllidir. Hakimiyyət müraciətimizdə qeyd etdiyimiz yerlərdən birinə razılıq verməsə, biz oktyabrın 19-da saat 15:00-da metronun “28 may” stansiyasının çıxışındakı meydanda mitinq keçirəcəyik. Bilirik ki, indidən bu mitinqin qarşısını almaq üçün tədbir görülür. Amma biz polis müdaxiləsini də nəzərə almışıq. Hətta indidən mitinq təşkilatçılarından olan İlham Hüseynlini polis aparıb, onunla əlaqə saxlaya bilmirik.

 

Biz artıq 8 dəfə müraciət etmişik. Amma müraciətlərimizi nəzərə almadan hər dəfə mitinqi şəhərdən uzaqlaşdırmağa, önləməyə çalışırlar”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system