Milli Şura Bakıda piket keçirir

Oxundu: 56
Milli Şura Bakıda piket keçirir

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piketə başlayıb.

 

İslaminSesi bildirir ki, bu barədə Modern.az-a Şuranın üzvü Vahid Məhərrəmli məlumat verib. O bildirib ki, hazırda İcra Hakimyyətinin qarşısından “Sabir” Bağına və Prezident Administrasiyasına doğru insanlar yığışıb:

 

“Minlərlə Bakı sakini, rayonlardan gələnlər bu aksiyanı müşahidə etmək, qoşulmaq istəyirlər. Piketin özündə isə 50 nəfər nəzərdə tutulub”.

 

Vahid Məhərrəmli əlavə edib ki, polis aksiyaya nəzarət edir, hətta müdaxilələr olur:

 

“Piket iştirakçıları Bakı Şəhər İcra Hakimiyyətinin ətrafına buraxılmır”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system