Milli Məclisin sabahkı iclası sonuncu ola bilər - AÇIQLAMA

Oxundu: 60
Milli Məclisin sabahkı iclası sonuncu ola bilər - AÇIQLAMA

Milli Məclisin sabah - dekabrın 3-də keçiriləcək iclası V çağırışın tərkibi üçün sonuncu ola bilər.

 

İslaminSesinin Modern.az-a istinadən  məlumatına görə, bu barədə Milli Məclisin iclasında parlamentin sədri Oqtay Əsədov bildirib. O deyib ki, yarımçıq qalan qanun layihələri sabah keçiriləcək plenar iclasda müzakirə olunacaq.

 

Milli Məclisin iclasında parlamentin buraxılması ilə bağlı qərar layihəsi oxunub. Qərarda parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Prezidentinə müraciət edilib.

Parlamentin vitse-spikeri Bahar Muradova "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar layihəsini oxuyub.

Qərar layihəsi səsverməyə çıxarılıb və 99 deputat lehinə olmaqla qəbul edilib. Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. 1 deputat isə səsvermədə iştirak etməyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system