NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 475
Meyvə və tərəvəzləri 15 dəqiqə sodalı suda saxlayın. Görün nələrdən qorunacaqsınız!

Meyvə və tərəvəzləri 15 dəqiqə sodalı suda saxlayın. Görün nələrdən qorunacaqsınız!

Meyvə və tərəvəzləri müxtəlif ziyanvericilərdən, alaq otlardan və xəstəliklərdən qorumaq, məhsuldarlığı artırmaq üçün bütün dünyada xüsusi kimyəvi maddələrdən - pestisidlərdən istifadə olunur.

 
 

Elmdə çoxdan sübut olunub ki, bütün pestisidlərin kanserogen (xərçəng yaradan) təsiri var. Onlar xüsusilə uşaqlar və hamilə qadınlar üçün ziyanlıdır.

 

Pestisidlər şəkərli diabetin, piylənmənin, sonsuzluğun riskini artırır, ana bətnində olan uşaqlarda müxtəlif pozulmaların və qüsurların inkişafına səbəb olur.

 

Masaçusets Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, adi ucuz sodadan istifadə etməklə meyvə və tərəvəzləri pestisidlərin 96%-dən təmizləmək mümkündür.       

 

"İslaminSesi.info" xəbər verir ki, bunun üçün meyvə və tərəvəzləri əvvəl adi suda yuyun, sonra sodalı suda (1 l suya + 1 x.q. soda) 15 dəqiqə saxlayın, ən sonda isə axar su ilə yaxalayın.

 

Araşdırma göstərib ki, soda məhlulu xüsusi dezinfeksiya edici məhlullardan daha effektlidir.saglamolun.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system