NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 323
Metro istifadəçilərinə ŞAD XƏBƏR

Metro istifadəçilərinə ŞAD XƏBƏR

Bu gün "Həzi Aslanov" stansiyasında noyabr ayından əsaslı təmirə dayandırılmış "ET-5M" markalı 2 saylı eskalator sərnişinlərin istifadəsinə verilib.

"İslaminSesi.info" bildirir ki, "Bakı Metropoliteni" QSC-dən Milli.Az-a verilən məlumata görə, eskalatorun təmiri istismar qaydalarına uyğun olaraq aparılıb.



Qeyd edək ki, eskalatorlar, təlimat tələblərinə görə, qaçış məsafəsi göstərilmiş son texniki norma həddinə çatdıqda, əsaslı təmirə dayandırılır və bütün qovşaqlar yoxlanılaraq təftiş edilir, avdanlığın tam diaqnostikası aparılır və texniki tələblərə uyğun olaraq təmir edilir.

 

Xatırladaq ki, stansiyada 2 saylı eskalatorun təmir edildiyi müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən rahat istifadə ediblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system