Metro istifadəçilərinə - ŞAD XƏBƏR

Oxundu: 92
Metro istifadəçilərinə - ŞAD XƏBƏR

"Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək”.

 

İslaminSesi bildirir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 
Onun sözlərinə görə, ölkəyə ümumilikdə, 20 vaqonun gətirilməsi gözlənilir: "Yeni vaqonların istehsalı eyni zamanda aparılır.
 
Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənilir.
 
Digər vaqonlar isə razılaşmaya görə, növbəti iki ildə gətiriləcək".
 
Xatırladaq ki, ötən il oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan "Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb.
 
Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 qatar və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.
 
report

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system