NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Məsuliyyəti rəsmi Paris daşıyır

Oxundu: 1186
Məsuliyyəti rəsmi Paris daşıyır

“Biz ümumiyyətlə Minsk Qrupunun vasitəçiliyindən imtina etməliyik”

 

Məhəmməd Əsədullazadə: “Qarabağ münaqişəsinin həlli ilə bağlı Fransadan irəliləyişə müsbət təsir edən hər hansı bir siyasi davranış gözləmək olmaz”

 

1992-ci ildə Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılan ATƏT-in Minsk Qrupu uzun illər ərzində apardığı danışıqlar prosesində konkret olaraq heç bir nəticəyə nail olmayıb. Həmsədrlərin münaqişənin həlli istiqamətində hansısa ciddi bir irəliləyişə nail ola bilməməsi qurumdan narazılığı getdikcə gücləndirməkdədir. Qarabağ separatçılarının lideri Bako Saakyanın həmsədr ölkələrdən biri olan Fransaya səfəri və bu ölkədə keçirdiyi görüşlər, Parisin bu missiyada tərəfsiz olmadığını göstərir. Ermənistanın özü tərəfindən tanınmamış, işğalçı ordunun dəstəyi ilə yaradılan qanunsuz qurumun nümayəndəsinə qarşı bu cür münasibət yolverilməzdir.

 

Görəsən, Erməni lobbisinin güclü təsiri altında olan Fransanın beynəlxalq hüquq normalarına zidd addımlar atmasına daha nə qədər dözməliyik?

 

Siyasi ekspertlərə görə, Bako Saakyanın Fransaya səfərindən öncə, bu ölkənin bələdiyyə üzvləri və sədrlərinin Dağlıq Qarabağa gəlməsi və “ikitərəfli müqavilələr” imzalaması Fransanın həmsədr ölkə olaraq danışıqlar prosesində iştiraka davamını mümkünsüz edir. Buna görə də rəsmi Bakı təcili olaraq, Fransanın həmsədrlikdən uzaqlaşdırılması üçün tədbirlər görməlidir. Yəni Minsk Qrupu yeni, daha effektiv və tərəfsiz formatda yenidən təşkil olunmalıdır. Doğrudanmı belə halların tez-tez təkrarlanması Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkə kimi qalmasına Azərbaycan tərəfinin etiraz etməsi üçün kifayət deyil? Buna nə mane olur?

 

"İslamın səsi" -nin suallarını cavablandıran politoloq Məhəmməd Əsədullazadə qeyd etdi ki, Fransa ATƏT-in Minsk Qrupu olaraq vasitəçilik missiyasında daima ermənipərəst siyasətini büruzə verib: "Açıq şəkildə əməldə separatizmi dəstəkləyib. Təssüflə demək olar ki, Avropanın demokratik və hüquqi dövlətindən belə bir yanaşma görmək dəyərlərin rəsmi Paris tərəfindən deqredasiyaya uğramasıdır. Fransa region və şəhərlərinin merləri, bələdiyyə sədrləri Azərbaycanın işğal olunmuş ərazilərinə gələrək separatçılarla qanunsuz iş birliyinə gedirsə, rəsmi Paris buna göz yumursa, demək məsuliyyəti dövlətin özü daşıyır. Minsk Qrupunun həmsədri olaraq vasitəçilik missiyasında separatizmi dəstəkləyib, qondarma rejimin nümayəndəsini Parisdə qəbul edirlərsə, demək Fransa hakimiyyəti vasitəçiliyində səmimi deyil, hüquq və qanunları kobud şəkildə tapdalayır”.

 

M.Əsədullazadə hesab etdiyini bildirdi ki, Fransanın Minsk Qrupu hımsədrliyindən çıxarılması proseduruna başlanmalı, rəsmi Bakı etirazını həmsədrlərin diqqətinə çatdırmalıdır: “Fransada erməni lobbisi, görünür, bu ölkənin hakim dairələrini pulla ələ alıb ki, öz avantüralarını açıq şəkildə həyata keçirə bilirlər. Fransadan bundan sonra münaqişənin həlli ilə bağlı irəliləyişə müsbət təsir edən hər hansı bir siyasi davranış gözləmək olmaz. Ona görə də biz ümumiyyətlə Minsk Qrupunun vasitəçiliyindən imtina etməliyik. Ölkəmiz sadəcə danışıqlar naminə prosesdən uzaqlaşmamalı, buna paralel olaraq öz hərbi qüdrətini inkişaf etdirməlidir. Fransanın bu kimi davranışlarına “stop” demək vaxtı isə çoxdan çatıb".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system