Məşhur özbək milyarder tütün biznesindən imtina etdi – İslama görə...- İbrətamiz...

Oxundu: 211
Məşhur özbək milyarder tütün biznesindən  imtina etdi – İslama görə...- İbrətamiz...

Bizim bir para üzdəniraq iş adamları isə hətta “halal” adı altında da xalqa zəhər sırıyırlar...

Rusiyanın dünyaca məşhur özbək əsilli iş adamı- Əlişir Usmanov Allah tərəfindən insan sağlamlığına zərər vuran maddələrin satışı və istifadəsinə qoyulan qadağa səbəbiylə tütün məhsulları ticarətindən imtina edib.


İslaminSesi - Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, özbək milyarderin həyat və iş prinsiplərindən “Forbes” jurnalında bəhs edilib. İş adamı 1990-cı illərin əvvəllərində, hələ biznes imperiyasının əsasını qoyduğu günlərdə bir müsəlmanın tütün məhsulları ilə ticarət etməli olmadığını dərk etdiyini söyləyib.


“...Çünki bu, insan sağlamlığı üçün təhlükə yaradır... Bir müsəlman olaraq zəhər satmamalıydım... O vaxtdan bəri mənim üçün tütün biznesi mövcud deyil " - deyə milyarder izah edib.


Özbək iş adamı, həmçinin, vətəni və milliyyəti ilə qürur duyduğunu da vurğulayıb:


“Dəfələrlə demişəm ki, mən özbək olduğum üçün fəxr edirəm. Fəxr edirəm ki, Özbəkistan mənim doğma diyarımdır. Özbəkistan üçün, Özbəkistan rəhbərliyi üçün faydalı ola biləcək hər şeyi etməyə hazıram. Həmişə və hər an...”


P.S. Bizim bir para üzdəniraq iş adamları isə qazancdan ötrü hətta “halal” adı altında da xalqa zəhər sırıyırlar..

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system