Məşhəd-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlanılıb

Oxundu: 311
Məşhəd-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlanılıb

Bu gündən etibarən Məşhəd-Bakı sərnişin aviareysi üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlanılıb.

 

İranın Azərbaycandakı Səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan aviareys həftədə iki dəfə olmaqla – 1-ci və 4-cü günlər həyata keçiriləcək. Bu planın icraçısı “Bakustar” şirkətidir. Şirkəti bu gündən etibarən Azərbaycan Respublikasının bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif etməyə başlayıb.

“Uçuşlar İran və Azərbaycan arasında əlaqələrinin daha da inkişafı üçün təşkil edilib”, - deyə Səfirlikdən bildirilib.
 
 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system