Məsciddə törədilən partlayışda ölənlərin sayı 70-ə çatdı

Oxundu: 82
Məsciddə törədilən partlayışda ölənlərin sayı 70-ə çatdı

Dünən cümə günü Əfqanıstanın Hasaka Minə bölgəsində məsciddə partlayış törədilib.

 

İslaminSesi.info xəbər verir ki, vilayət qubernatorunun sözcüsü Ataullah Xuciyaninin FransPress-ə bildirdiyi sözlərinə görə partlayış nəticəsində ölənlərin sayı 70-ə çatıb. Həmçinin 36 nəfərində yaralandığı bildirilir.

 

Məlumata görə ölənlər arasında çoxlu sayda, ən azı 27 nəfəri uşaqlar da olub.

 

Həmçinin yerli mənbələrin məlumatına görə namaz vaxtı məsciddə 360-ə qədər insan olub.

 

Xatırladaq ki, bu, Hasaka vilayətində törədilən ikinci böyük partlayışdır.

 

Məsuliyyəti heç bir dəstə öz üzərinə götürməyib. Hətta Taliban sözcüsü bələ bu hadisəni vəhşilik adlandırıb.

 

İyulun 1-dən sentyabrın 30-dək Əfqanstanda öldürülənlərin sayının 1.174 , yaralı sayının isə 3119 nəfər olduğu bildirilir. Bu da keçən illə nisbətdə 42% artım deməkdir.

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system