Mərmər dağlarının qucağında: onlar kədərlərini başqa şəhərə daşıyırlar - FOTO

Oxundu: 78
Mərmər dağlarının qucağında: onlar kədərlərini başqa şəhərə daşıyırlar - FOTO

Metallurqlar şəhərində bir günü necə keçirəcəyini təsəvvür edəndə səs-küylü, işgüzar, az qala robotların qaynaşdığı bir məkan ağlına gəlir. Bura isə film kimidir, sanki indi rejissor assistenti gəlib çəkilişin başlayacağını elan edəcək

Daşkəsən şəhəri Bakıdan 406 kilometr uzaqlıqda, dağlıq ərazidə və dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir. Şəhər 1930-cu ildə ərazidə dəmir filizi çıxarılması məqsədilə salınıb, 1948-ci ildə şəhər statusu alıb. Xalq arasında Daşkəsənə "metallurqlar şəhəri" də deyilirdi.

Dağ-Mədən Filizsaflaşdırma Kombinatının yaradılması prosesinə də ötən əsrin 30-cu illərində başlanılıb, 1954-cü ildən isə dəmir filizinin zənginləşdirilməsi və istehsalına start verilib.

Keçmiş Dağ-Mədən Filizsaflaşdırma Kombinatının ərazisinda zəncirləri paslanmış kanat
Keçmiş Dağ-Mədən Filizsaflaşdırma Kombinatının ərazisinda zəncirləri paslanmış kanat

 

Sputnik.az Daşkəsəndən xəbər verir ki, buranın bir çox kəndlərində aparılan araşdırmalar zamanı rayonun ərazisində daş dövrünə aid insan məskənlərinin olması müəyyən edilib.

 

Aradan illər keçib və bu gün Daşkəsən müasir görüntüsü ilə göz oxşayır. Buna baxmayaraq, böyük tarixə malik körpüləri, mərmər dağları, filiz yataqları, ötən əsrdən qalma kanat şəhəri daha cəlbedici və əsrarəngiz edir.

 

Daşkəsəndə ötən əsrdə almanlar tərəfindən inşa edilən körpü
Daşkəsəndə ötən əsrdə almanlar tərəfindən inşa edilən körpü
 

Daşkəsəndə Dağ-Mədən Filizsaflaşdırma Kombinatının kanatları bu gün də asılı qalıb. Zəncirlər paslanıb, kanat daha işləmir. Amma başını qaldırıb göyə baxanda maraqlı mənzərə açılır. Səhər günəşinin kanatın üzərinə düşən şüaları qəribə bir hiss yaradır. Bir anlıq həmin qurğuların çalışdığını düşünürsən. Kanat xətti Daşkəsən rayonunun Quşçu kəndinə qədər uzanır.

 

Quşçu kəndi Daşkəsənin qədim tarixə malik olan kəndlərindəndir. Dar küçələri, maraqlı insanları var Quşçunun. "AzerGold" şirkətinin qızıl mədəni də Quşçuda yerləşir. Yollar təmir edilsə də, sürət həddi 30 km/saatdan yuxarı olmamalıdır. Əks halda, qəza qaçılmazdır.

 

Daşkəsəndə Quşçu kəndi
Daşkəsəndə Quşçu kəndi
 

Daşkəsənin qədim tarixə malik kəndlərindən bir digəri isə Bayandır. Burada evlər sanki dib-dibə düzülüb. Əhalisi maldarlıqla dolanan bu kənddə "Mən ki gözəl deyildim" filmi çəkilib, yarım əsr əvvəl - 1968-ci ildə. Burada qadınlar da kişilər kimi çobanlıq edir, qapılarında olan heyvanları özləri örüşə aparırlar.

 

Kənd sakinlərinin sözlərinə görə, Bayan kəndində əvvəllər xristianlar yaşayıblar. Burada qalan üç alban məbədi də o dövrlərin yadigarıdır. Kəndin adı ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Bayan sözü toponimiyada qadın, xanım, varlı, dövlətli, zəngin sözləri ilə açıqlanır.

 

Daşkəsənin Bayan kəndi
Daşkəsənin Bayan kəndi

 

Qeyd edək ki, Daşkəsən şəhərinin sakinləri əsasən ərazidə olan mədənlərdə, karxanalarda çalışırlar. Bakıdan uzaq olsa da, Daşkəsən müasir tipli şəhərdir.

 

Şəhərin mərkəzində səni əlində külüng tutmuş Fərhadın heykəli qarşılayır. Çox da böyük şəhər deyil, amma insanları mehribandır, doğmadır. Hər küçədə kimsə sənə yaxınlaşıb, öz köməyini təklif edir.

 

Nə qədər qəribə olsa da, Daşkəsəndə məzarlıq yoxdur. Burada dünyasını dəyişənlər Gəncə məzarlığında dəfn edilirlər.

 

II Dünya Müharibəsi dövründə əsir düşmüş şəxslərin xatirəsinə həsr edilmiş kiçik qəbirstanlıq
II Dünya müharibəsi dövründə əsir düşmüş şəxslərin xatirəsinə həsr edilmiş kiçik qəbiristanlıq

 

Daşkəsəndə qəbiristanlığın olmaması ərazinin dağlıq relyefə malik olması ilə əlaqələndirilir. Yəni qayalıq ərazini qazmaq elə də asan deyil. Yaxınlıqdakı, hər qonağın diqqətini çəkən mərmər dağları da buna misaldır. Burada mərmər karxanası var. Dağ xüsusi texnika ilə kəsilərək, mərmər daşlar istehsal edilir.

 

Daşkəsəndə istisna kimi çox kiçik bir qəbiristanlıq salınıb. Burada bir məzar və 3 başdaşı var. Yerli sakinlərin sözlərinə görə, abidə II Dünya Müharibəsi dövründə əsir düşənlərin xatirəsini əbədiləşdirmək üçün qoyulub. Buraya ziyarətə gələn olmadığı üçün qəbiristanlığın qapısı xüsusi üsulla bağlanılıb.

 

  •  Daşkəsən şəhəri Bakıdan 406 kilometr uzaqlıqda, dağlıq ərazidə və dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir
  • Keçmiş Dağ-Mədən Filizsaflaşdırma Kombinatının ərazisi
  • Daşkəsəndə Dağ-Mədən Filizsaflaşdırma Kombinatının kanatları
  • Yollar təhlükəli olduğu üçün yol kənarlarında xüsusi xəbərdarlıq işarələri də yerləşdirilib
  • Mərmər karxanası
  • Mərmər karxanası
 
Daşkəsən şəhəri Bakıdan 406 kilometr uzaqlıqda, dağlıq ərazidə və dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir

Şəhər mərkəzində Polis İdarəsi və İcra Hakimiyyətinin binaları yerləşir. Mərkəzdə kiçik park da salınıb. Daşkəsən kiçik, amma səliqəli şəhərdir. Təhlükəli olduğu üçün yol kənarlarında xüsusi xəbərdarlıq işarələri də yerləşdirilib.

 

Daşkəsənin fərqli və maraqlı körpüləri var. Körpülər bugünkü standartlara uyğun tikilməsə də, keyfiyyəti ilə böyük üstünlüyə malikdir. Deyilənə görə, bu körpülər ötən əsrdə almanlar tərəfindən inşa edilib.

/Sputnik.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system