NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:50
  • ZÖHR 12:39
  • ŞAM 19:46
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Merkuri Günəşin qarşısını kəsəcək - Bunu müşahidə etmək mümkün olacaq

Oxundu: 125
Merkuri Günəşin qarşısını kəsəcək - Bunu müşahidə etmək mümkün olacaq

Günəş tutulması baş verəcək.

 

"İslaminSesi" xəbər verir ki, Merkuri Günəşin qarşısını 2019-cu il noyabrın 11-də kəsəcək. 

 

Bu hadisəni saat 16:35-də Azərbaycandan da izləmək mümkün olacaq. Növbəti dəfə belə tutulmanı həvəskar astronomlar 2032-ci ildə müşahidə edəcəklər.

 

Merkuri Günəş sistemində ən kiçik planetdir və ona ən yaxın məsafədə yerləşir. Onun peyki yoxdur.

 

Merkuri daşlı-qayalı dörd planetdən biridir və Yer kimi çox möhkəmdir. Ekvatoru 4879 kilometr olan Merkuri digər dörd planetdən ən kiçiyidir. Onun 70 faizi metaldan, 30 faizi silikatdan ibarətdir. Planetin sıxlığı 5430 kq/m³-dir. Bu da onu Günəş sistemində sıxlığına görə Yerdən sonra ikinci edir. Amma Merkuri haqqında danışdıqda onu Yer planeti kimi təbəqələrə bölmürük, biz onun sıxlığını ümumiləşdiririk. Yerin təbəqələri var, məsələn, litosfer və s. Merkuri isə kiçik olduğundan onda təbəqələr gözə çarpmır. Amma onun nüvəsi var. Bu nüvə planetin böyük hissəsini təşkil edir və əsasən dəmirdən ibarətdir. Bu isə sıxlığına görə çox möhkəm bir elementdir. Merkurinin nüvəsinin ölçüsü 2074 kilometrdir. Bu nüvə planetin 85 faizini (Yerdə bu göstərici 17 faizdir) əhatə edir. Belə güman olunur ki, bu nüvə ərimiş formadadır. Yer kimi Merkuri də sərt örtüyə malikdir və onun qalınlığı 400 kilometrdir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system