NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:57
  • ZÖHR 12:40
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Mərkəzi Asiyanın ən iri məscidi tikiləcək

Oxundu: 181
Mərkəzi Asiyanın ən iri məscidi tikiləcək

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev martın 18-də Astanada Mərkəzi Asiyanın ən iri məscidinin təməlini qoyub.

 

"İslaminSesi" -Prezident məscidin sponsorlar hesabına tikiləcəyini və eyni vaxtda 30 min ziyarətçini qəbul edəcəyini bildirib.

 

“Biz araşdırdıq, mövcud və əvvəllər inşa edilmiş bütün məscidlərə baxdıq, ən yaxşı layihələri seçdik. Mən özüm layihənin icrasını əvvəldən axıradək izləyəcəyəm. Bu, yalnız dini obyekt deyil, həmçinin Astanada turizm məkanlarından biri olacaq. Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində olarkən Şeyx Zayedin məscidini gördüm. Üç-dörd il əvvəl açılmasına baxmayaraq, onu hər il altı milyon turist ziyarət edir”, - deyə N.Nazarbayev qeyd edib.

 

Ümumi sahəsi 57 min kvadratmetr, minarələrinin hündürlüyü isə 130 metr təşkil edəcək məscidin ərazisində 3500 avtomobil üçün açıq və qapalı dayanacaq olacaq. (AzərTAc)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system