Merkel 2021-ci ildən sonra siyasətdən gedəcək

Oxundu: 91
Merkel 2021-ci ildən sonra siyasətdən gedəcək

Almaniya kansleri Angela Merkel 2021-ci ildən sonra siyasət səhnəsini tərk etməyi planlaşdırır.

İslaminSesi-nin Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda o, Ostsee-Zeitung qəzetinin oxucularıyla görüş zamanı bildirib.

 

Merkel növbəti seçkilərdə öz namizədliyini irəli sürməyi planlaşdırmadığını deyib.

 

Nə ilə məşğul olacağı haqda verilən sualın cavabında o, sadəcə olaraq dincəlmək istədiyini bildirib.

 

"Mən bir az yatmağa çalışardım. Əgər bu alınsa, daha sonra yoldaşım və ya dostlarımla konsertə, yaxud operaya gedəcəyəm", - deyə o davam edib.

 

Merkel, həmçinin, tarix dərsliklərində onun çalışdığının yazılmasını arzuladığını əlavə edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system